SİYASİ ARAŞDIRMA
Ötən həftənin cümə günü - ABŞ-da keçiriləcək prezident seçkilərinə 11 gün qalmış ölkənin Federal Təhqiqatlar Bürosu Demokratlar Partiyasından prezidentliyə namizəd Hillari Klnotonla bağlı istintaq araşdırmaları materiallarını yenidən açıb. İstintaq araşdırmaları materialları isə dəyişilməyib və Klintonun 2009-2013-cü illər ərzində dövlət katibi postunda işlədiyi dövrləri əhatə edir. Məhz bundan sonra FTB direktorunun üzərinə demokrfatlar tərəfindən hiddət dalğası qalxdı. O cümlədən, demokratların namizədini aşkar şəkildə dəstəkləyən meynstrim mətbuat da bu məsələdə eyni mövqeni sərgiləmiş oldu. Hətta FTB rəhbərliyi respublikaçı namizəd Donald Trampla birfə Kremllə əlbir olmaqda günahlandırıldı.
Təbii ki, Klinton da, öz növbəsində, gedişini etdi. O, "twitter" sosial şəbəkəsi vasitəsilə Trampdan Kremllə əlaqələri haqqında amerikalılara açıqlama verməsini tələb etdi və bu, bir az qəribə göründü. Qəribə göründü ona görə ki, Hillarinin xarici qruplarla əlaqələri, bu qruplarda olan bir sıra maraqları Donalddan kifayət qədər çoxdur. Bu, xüsusilə, onun məhz dövlət katibi işlədiyi dövrlərdə şəxsi elektron poçtundakı serveri vasitəsilə dövlət məsələləri ətrafında apardığı yazışmalarından da bəllidir.
Amerikalı diplomatların qətlindən sonra yaranan şübhələr
Yeri gəlmişkən, xatırlatmaq yerinə düşərdi ki, Hillari Klintonun "elektron poçt" məsələsi digər bir araşdırma nəticəsində üzə çıxıb. Daha dəqiq desək, ABŞ-ın Liviyanın Benqazi şəhərindəki konsulluğunda dörd nəfər vətəndaşının qətlə yetirilməsi bu faktorun araşdırılmasına səbəb yaratdı. Belə ki, 2013-cü ildə Konqresin ABŞ vətəndaşlarının qətli ilə bağlı yaradılmış xüsusi komissiyası belə bir sualla qarşı-qarşıya qaldı: Dövlət Departamenti və Hillari Klinton hansı üsulla Liviyadakı diplomatik missiyanın təhlükəsizliyini təmin edib və konsulluq personalının kömək çağırışlarına necə reaksiya göstərib?
Konqres müvafiq araşdırmaların aparılması qaydaları əsasında diplomatik idarəyə sorğu ilə müraciət edib və dövlət katibinin 2011-2012-ci illərdəki elektron məktublarının onlara təqdim olunmasını tələb etdi...
Nyu-Yorkdan bir az aralıda - elitar Çappakua qəsəbəsində yerləşən iqamətgahın zirzəmisində quraşdırılan gizli server
Bəlli oldu ki, Dövlət Departamentində həmin məktublar yoxdur, belə ki, Hillari Klinton dövlət məqsədli xidməti yazışmalarını şəxsi poçt qutusu vasitəsilə həyata keçirib. Eyni zamanda, dövlət katibinin elektron poçt qutusu Google-də, yaxud Yahoo-da şəxsi akkauntunun olması ilə yanaşı, xüsusi quraşdırılmış serveri Klintonlar ailəsinin Nyu-Yorkdan bir az aralıda - elitar Çappakua qəsəbəsində yerləşən iqamətgahlarının zirzəmisində yerləşdirilib.
Məhz bu faktın üzə çıxmasından sonra birdən-birə iki kobud pozuntu müəyyən edilib. Birinci, dövlət xidməti əsasında yazışmalar aparmaq üçün digər hər hansı bir severdən istifadə etmək qəti şəkildə qadağan olunub. Belə ki, xidməti yazışmalar aparılan serverlər milli təhlükəsizlik xidmətinin kibermütəxəssisləri tərəfindən daim nəzarətdə saxlanılır. İkinci isə, dövlət müəssisəsini tərk edən istənilən əməkdaş işlədiyi müddətdə xidməti yazışmalarını, məhz milli təhlükəsizlik xidmətinin kibermütəxəssislərinə təqdim etməlidir ki, Klinton bunu da etməyib.
Klinton əvvəl bəyan edirdi ki, şəxsi serveri vasitəsilə xidməti yazışmalar aparmayıb. Daha sonra təsdiq edirdi ki, xidməti yazışmalar aparılsa da bu yazışmalarda milli təhlükəsizliyə təhlükə yarada biləcək konfidensiallıq, yaxud məxfilik xarakteri olmayıb.
Bəlli olanda ki, bu da yalandır, Klinton səhvə yol verdiyini etiraf edib. Ancaq konfidensional informasiya kompromatlaşdırılmayıb.
Beləliklə, elektron məktubların Dövlət Departamentinə təhvili daha il yarım çəkib və Departament onlara yazışmaların tam şəkildə əks olunduğu avadanlıqların verilməsini tələb edib. Nəticədə, məlum olub ki, minlərlə məktub silinərək, sadəcə, məhv edilib. Onlardan bəzilərini bərpa etmək mümkün olsa da, yerdə qalanı - təqribən 33 mini yoxa çıxıb.
Konfidensial yazışmaların məhvi üsulları - Black Berry smartfonları ağır çəkiclərlə, sərt disklkər isə, sadəcə, sulfat turşusunda əridilərək ləğv olunub
Hillari Klinton bəyan edib ki, yalnız şəxsi həyatına aid olan yazışmalar silinib və onun bu ifadələri də heç nəyi dəyişmir. İlk növbədə, Dövlət Departamenti, Konqres və işə qarışmış FTB Hillarinin dediklərinə inanmalıydılar. İkinci növbədə isə, federal qaydalarda qeyd olunur ki, avadanlıqlar və orada saxlanılan fayllar mütləq şəkildə təhvil verilməlidir. Federal qaydaları bu dərəcədə pozmaq isə ayrıca cinayətdir. Artıq 2016-cı ildə məlum oldu ki, sözügedən informasiyaları silmək üçün kifayət qədər mürəkkəb və bahalı metodikalardan istifadə edilib. Texniki avadanlıqlar rahatlıqla məhv edilib. Belə ki, Black Berry smartfonları ağır çəkiclərlə, sərt disklər isə, sadəcə, sulfat turşusunda əridilərək ləğv olunub. Qeyd edək ki, bu barədə FTB-nin ictimailəşdirdiyi məlumatlarda qeyd olunub.
Məhz bu informasiyalar əldə edildikdən sonra FTB-nin direktoru Komi qəti şəkildə bəyan etdi ki, bu ilin iyulunda bağlanmış işə yenidən baxmalı olacaq. Hansı ki, ABŞ-ın baş prokuroru Loretta Linç sözügedən məsələnin dərhal bağlanması istiqamətində FTB-yə təzyiqlər etmişdi.
Dövlət katibi postu özü-özlüyündə Klinton üçün prezidentliyə açılan yol, yaxud tramplin rolunu oynayırdı
Hazırda bir çox siyasi araşdırmaçılar, KİV-lər sual edirlər ki, axı bu qədər baş ağrısına çevrilmiş və ciddi qalmaqallarla müşahidə edilən vəziyyət Hillari Klintona nəyə görə lazım idi? Ümumiyyətlə, dövlət işində şəxsi serverə nə qədər ehtiyac zərurəti var idi? Çünki dövlət katibi postu özü-özlüyündə Klinton üçün prezidentliyə açılan yol, yaxud tramplin rolunu oynayırdı.
Məsələ həm də ondadır ki, mövcud məsələni WikiLeaks saytı da ictimailəşdirib və bütün sübutları ortaya qoyub. Məsələn, dövlət katibi Hillari Klintonun rəhbərlik etdiyi siyasi qurum amerikan təsirinin gücləndirilməsi istiqamətində bir ticarət müəssisəsinə çevrilmişdi. Alıcılar isə xeyriyyəçilik adı altında fəaliyyət göstərən Klintonlar Ailəsi Fondunun varlı müştəriləri idi. Onlar pulları yalnız xeyriyyə məqsədlərinə deyil, Hillarinin əri Billin məruzələrinə yönəlmiş qonorarlara və s. istiqamətlərə xərcləyirdilər. Lakin bu da son deyil - şəxsi istirahətlər, otel və səfər xərcləri, Bill Klinton və köhnə köməkçisi Duqlas Bend tərəfindən təsis edilmiş şirkət xərcləri...
Hakimiyyətdə olmayan qurumlarla yanaşı, hakimiyyətə məxsus qurumlardan, o cümlədən, Dövlət Departamentinin yüksək rütbəli şəxsləri tərəfindən Klintonların Ailə Fonduna məxsus bank hesabına böyük məbləğdə maddi vəsaitlər köçürülüb
Hələ bu ilin fevralında "Associated Press" agentliyi araşdırma apararaq, üzə çıxardı ki, hakimiyyətdə olmayan qurumlarla yanaşı, hakimiyyətə məxsus qurumlardan, o cümlədən, Dövlət Departamentinin yüksək rütbəli şəxsləri tərəfindən Klintonların Ailə Fonduna məxsus bank hesabına böyük məbləğdə maddi vəsaitlər köçürülüb. Həmçinin, Bill Klintonun ABŞ-ın müxtəlif ştatlarında, eləcə də, xarici ölkələrdəki siyasi institutlarında məruzələri təşkil edilib. Təbii ki, yüksək qonorarların da verilməsi şərti ilə. Bununla da, Klintonların bir çox xarici ölkələrdəki dostları və bəzi iri şirkətlər bu addımları nəticəsində Dövlət Departamenti tərəfindən qeyri-rəsmi toxunulmazlıq statusları aldılar.
FOB, WJC, VIP kod işarəlri və Dövlət Departamentinin dəhlizlərində itirilən podratçı şirkət ərizələri
Dövlət Departamentinin daha bir işi 2010-cu ildə Haitidə baş vermiş dağıdıcı zəlzələnin ağır nəticələrinin aradan qaldırılması istiqamətində göstərdiyi fəaliyyətidir. Yəni Hillari Klinton zəlzələnin nəticələrinin aradan qaldırılmasında ABŞ-ın dövlət büdcəsindən pulların xərclənməsinə, bilavasitə nəzarət edib. O, Haitiyə Yardım Fondu çərçivəsində fandrayzinqdə - fərdi yardımlar kampaniyasında da aparıcı rol oynayıb. Bu pulların hər biri Dövlət Departamenti tərəfindən müəyyənləşdirilir, zəlzələ olan bölgədə dağıntıların aradan qaldırılmasında işləyən amerikalı podratçılara, evlər inşa edənlərə, suların təmizlənməsi üçün fəaliyyət göstərən müəssisələrə xərclənirdi.
Bu məsələdə Klintona onun fərdi köməkçisi Huma Abedin yardım edirdi. Onlar öz aralarında xüsusi yanaşma tələb edən insanlara və şirkətlərə konfidensial kodlar qoyur, məktublaşmalarında da, məhz həmin kodlardan istifadə ediblər. Məsələn, Klintonun dostları və onlara sərf edənlər FOB, WJC, VIP kimi göstərilirdi. Əgər Huma Abedin Hillari Klintona bu kodları göndərirdisə, Haitiyə getmək istəyən podratçılara yaşıl işıq yandırılırdı. Əgər bu kodlar işarə edilmirdisə, həmin podratçıların ərizələri, sorğuları Dövlət Departamentinin dəhlizlərində bürokratik əngəllər vasitəsilə "itirilirdi".
Beləliklə, FOB, WJC, VIP kimi göstərilən kodlara məxsus podratçı şirkətlərlə hər iki tərəfi qane edən daha sərfəli müqavilələr imzalanırdı ki, həmin müqavilələrin böyük əksəriyyəti yerinə yetirilməmiş qaldı. Baxmayaraq ki, Klintonun üstünlük verdiyi bu şirkətlərə Dövlət Departamentinin xətti ilə dövlət büdcəsindən külli miqdarda maaddi vəsaitlər ödənilmişdi. Ancaq nə Klinton, nə də Departament bu məsələ ilə maraqlanmadı. Çünki ortada dövlət büdcəsinin yeyintisi faktları mövcud idi...
Niyə "Boko Haram" terror qruplaşması rəsmən terorrçu təşkilat kimi tanınmayıb?
...Və bütün bunlar ortada olan yüzlərlə faktlardan yalzın biridir. Artıq o da sirr deyil ki, Klintonlar Fonduna Nigeriyadan Kanadadan, Sinqapurdan, Səudiyyə Ərəbistanından, Bəhreyndən, Konqodan və s. ölkələrdən prefensiyalar (könüllü ianələr) təqdim olunub. Məsələn, nigeriyalıların Klintonlar Fonduna ötürdüyü pullar hesabına "Boko Haram" terror qruplaşması rəsmən terrorçu qurum kimi tanınmayıb.
Məhz bu kimi "kommersiya" fəaliyyəti üçün Klintona gizli poşt serveri lazım olub ki, sonradan onun açılaraq, korrupsiya hallarının ifşası baş verməsin".
FTB-nin ümidi Huma Abedenin ərinin noutbukuna qalıb
Fəqət, bir çox sübutlar ciddi şəkildə məhv edilib. Ancaq bunu da tam bilmək olmaz. Çünki bir müddət öncə, FTB Huma Abedenin ərinin noutbukunu da müsadirə edib və hazırda araşdırmalar aparır.
Hələlik isə, istintaqın necə başa çatmasını proqnozlaşdırmaq çətindir. Ancaq tam məsuliyyətlə demək olar ki, Hillari Klinton preszident seçilərsə, öz köhnə şakərindən əl çəkməyəcək...
Beləliklə, biz ABŞ-ın milli maraqları kontekstində qəribə traktovka mənzərəsini, eləcə də, xarici siyasət dəyişikliyini görə bilərik. Hər halda Hillari Rodem Klinton federal istintaqı altında ola-ola Ağ Evə sahiblənərsə, bu, sadəcə, çox ciddi qalmaqala, eyni zamanda, tarixi Amerika demokratiyası üçün rüsvayçı sonluğa səbəb ola bilər. Təbii ki, əgər seçilərsə...
Rövşən NURƏDDİNOĞLU