PDF Oxu

Sosial

  • 52

Nizami rayonunda Bayraq Günü sağlamlıq imkanları məhdud uşaqlarla birgə qeyd edilib

Nizami rayonunda Bayraq Günü sağlamlıq imkanları məhdud uşaqlarla birgə qeyd edilib

Nizami rayon icra hakimiyyəti və Yeni Azərbaycan Partiyasının Nizami rayon təşkilatı tərəfindən 9 noyabr Bayraq Günü münasibətilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Sosial Təminat Xidməti 2 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün müəssisəsində tədbir keçirilib.

Tədbirdə çıxış edən YAP Nizami rayon təşkilatının aparat rəhbəri Ramil Vəlibəyov, rayon təşkilatının qadınlar şurasının sədri Sevda Abdullayeva və başqaları ölkəmizdə fiziki və əqli qüsuru olan uşaqlara və böyüklərə dövlət tərəfindən daim diqqət və qayğı göstərildiyini qeyd ediblər.

Dövlət uşaq siyasətinin əsasının Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulduğu vurğulanıb, həmçinin, bildirilib ki, Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyev həmişə uşaqlara diqqət və qayğı ilə yanaşıb. Prezident İlham Əliyev tərəfindən 2009-cu ilin "Uşaq ili" elan edilməsinin də bu istiqamətdə atılan addımların yüksək göstəricisi olduğunu bildirən natiqlər ölkəmizin aparıcı siyasi partiyası olan Yeni Azərbaycan Partiyası tərəfindən də bu cür xeyriyyə işlərinin davam etdirildiyini diqqətə çatdırıblar: "Ölkəmizdə həyata keçirilən dövlət siyasətinin təməlində mərhəmət, humanizm və xeyirxahlıq dayanır. Bu mənada Azərbaycanın Birinci Xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban Xanım Əliyevanın nəcib fəaliyyəti hər birimizə örnəkdir. Bunun nəticəsidir ki, ölkəmizdə ildən-ilə xeyriyyəçilik və humanizm prinsiplərinə dayanan layihələr artır."

İnternat evinin rəhbərliyi uşaqlarla görüşə gəldiklərinə görə qonaqlara minnətdarlığını bildirib.

Sonra internat evinin sakinlərinə hədiyyələr təqdim olunub. Maraqlı ədəbi-bədii hissə ilə başa çatan görüş internat evi sakinlərinin böyük sevincinə səbəb olub.

NƏZAKƏT

Digər xəbərlər