PDF Oxu

Sosial

  • 56

Tolerantlıq Azərbaycan xalqının ruhundadır

Tolerantlıq Azərbaycan xalqının ruhundadır

Nizami rayonunda 16 noyabr - Beynəlxalq Tolerantlıq Günü ilə əlaqədar tədbir keçirilib

Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının qərargahında 16 noyabr - Beynəlxalq Tolerantlıq Günü ilə əlaqədar tədbir keçirilib.

Tədbirdə çıxış edən YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva bildirib ki, Beynəlxalq Tolerantlıq Günü 1995-ci ildə YUNESKO-nun 50 illiyi münasibətilə təsis edilib: "Məqsəd qurumun da Nizamnaməsində qeyd olunduğu kimi, dünyada hamını bir-birinə dözümlülük nümayiş etdirərək, mehriban qonşular kimi yaşamağa çağırışdır. Azərbaycanın dünyada həm də tolerantlıq örnəyi kimi tanınır. Dövlətimiz bütün millətlərin, xalqların, dinlərin nümayəndələrinin bir ailə kimi yaşadığı nadir ölkələrdəndir".

Çıxış edən Milli Məclisin deputatı Rafael Cəbrayılov söyləyib ki, görkəmli dövlət xadimi Heydər Əliyev multikultural dəyərləri çox yüksək səviyyədə qiymətləndirərək onun siyasi-hüquqi bazasını yaradıb: "Ulu Öndər Azərbaycan multikulturalizminin siyasi banisidir. Ümummilli Liderin siyasi xəttini davam etdirən Prezident İlham Əliyev bu gün Azərbaycan multikulturalizmini dövlət siyasəti səviyyəsinə yüksəltməyə nail olub. Bu, Azərbaycan ideologiyasının çox böyük qələbəsidir".

Çıxış edən Milli Məclisin deputatı Rasim Musabəyov diqqətə çatdırıb ki, Prezident İlham Əliyev Bakıda keçirilən beynəlxalq konfranslarda dünyada sülhün, əmin-amanlığın təmin edilməsi, asayişin qorunması üçün mütləq dinlərarası münasibətin və dialoqun gücləndirilməli olduğunu da bəyan edib.

Keşlə qəsəbəsi "Şah Abbas" Cümə məscidinin axundu Sirac Səfərov çıxış edərək vurğulayıb ki, Prezident İlham Əliyevin dindarlarla keçirdiyi görüşlər, Ramazan bayramlarında ənənəvi olaraq din xadimləri ilə iftar süfrələrində birgə iştirakı və bu mərasimlərə Azərbaycanda mövcud digər dini icmaların nümayəndələrinin də qatılması ölkədə tolerant düşüncənin artıq tam bərqərar olduğunun göstərir.

Fikirlərini tədbir iştirakçıları ilə bölüşən Nizami rayon icra hakimiyyətinin başçısı Arif Qasımov qeyd edib ki, dövlətin gücünü əhalinin çoxmillətli olmasında, müxtəlif dinlərin, mədəniyyətlərin və sivilizasiyaların birgəyaşayışında görən Azərbaycan Prezidenti İlham Əliyev bütün dünyaya göstərir ki, tolerantlıq Azərbaycan xalqının ruhundadır.

Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.

Rövşən RƏSULOV

Digər xəbərlər