PDF Oxu

Sosial

  • 285

Konstitusiya cəmiyyət həyatının və dövlət quruluşunun əsaslarını təsbit edən əsas dövlət qanunudur

Konstitusiya cəmiyyət həyatının və dövlət quruluşunun əsaslarını təsbit edən əsas dövlət qanunudur

Yeni Azərbaycan Partiyası Tərtər rayon təşkilatında Konstitusiya Günü münasibətilə tədbir keçirilib

Dünən Yeni Azərbaycan Partiyası Tərtər rayon təşkilatının qərargahında YAP rayon təşkilatı və rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə 12 noyabr Konstitusiya Gününə həsr olunmuş tədbir keçirilib.

Tədbiri giriş sözü ilə YAP Tərtər rayon təşkilatının sədri Ramiz Şabanov açaraq, 12 Noyabr Konstitusiya Gününə həsr olunmuş geniş məruzə ilə çıxış edib. O, Konstitusiya Günü münasibətilə iştirakçıları təbrik edib, demokratik dövlət və cəmiyyət quruculuğu baxımından böyük əhəmiyyət daşıyan, Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu ilk Milli Konstitusiyamızın qəbul olunması tarixindən danışıb.

R.Şabanov qeyd edib ki, hər bir dövlətin mövcüdluğunu şərtləndırən mühüm amillərdən biri onun qanunvericilik sisteminin olmasıdır. Bu baxımdan, Azərbaycan Respublikasının da qanunvericilik sisteminin əsasını Azərbaycan Respublikasının Konstitusiyası təşkil edir: "Konstitusiyamızın qəbul olunmasından ötən illər ərzində Azərbaycanın qazandığı nailiyyətlər, sosial-iqtisadi yüksəlişi, beynəlxalq imicinin artması, regionun lider dövlətinə çevrilməsi, dünyanın enerji təhlükəsizliyinin əsas təminatçılarından biri olması ölkəmizin sanki onilliklərə bərabər inkişaf yolu keçdiyini düşünməyə əsas verir. Bu uğurlıarın kökündə dayanan əsas səbəb Ulu Öndər Heydər Əliyevin siyasi kursunun, müəyyən etdiyi inkişaf strategiyasının bu müddətdə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi və dövrün tələblərinə uyğun məzmun və keyfiyyətcə yeniləndirilməsidir".

Məruzə ərafında çıxış edənlər - Qaraağacı kənd tam orta məktəbinin müəllimi Rəşad Qarayev, YAP Tərtər rayon təşkilatının gənclər birliyinin üzvü İntiqam Nuriyev, Hüləbətli ərazi ilk partiya təşkilatının sədri Asif Alıkişiyev çıxış edərək bildirdilər ki, müstəqil Azərbaycanın dövlət quruculuğunun əsasını təşkil edən ilk Konstitusiya ölkənin əsas sənədi olmaqla hökumətin ali hüquqi qüvvəyə malik normativ aktıdır. Konstitusiya cəmiyyət həyatının və dövlət quruluşunun əsaslarını təsbit edən əsas dövlət qanunudur.

R.NURƏDDİNOĞLU

Digər xəbərlər