Dünən Ankarada Türkiyə Milli Kitabxanasında xalq şairi Səməd Vurğunun anadan olmasının 110 illiyi münasibətilə şairin həyat və yaradıcılığını özündə əks etdirən Azərbaycan Milli Kitabxanasının fondlarında qorunan kitablardan ibarət sərgi və foto-sərgi açılıb. Tədbiri Türkiyə Milli Kitabxanasının direktoru Zülfi Toman açaraq, İstanbul və Ankarada keçirilən yubiley tədbirlərindən danışıb. Azərbaycan Milli Kitabxanasının direktoru professor Kərim Tahirov ev sahibliyinə görə Türkiyə Milli Kitabxanasının direktoru Zülfi bəyə təşəkkürünü bildirib.
Azərbaycanın TÜRKSOY-dakı nümayəndəsi Elçin Qafarlı TÜRKSOY-un Baş katibi adından tədbir iştirakçıların salamlamış, Türkiyə Milli Kitabxanasına təşkilat adından hədiyyə təqdim edib.
Atatürk Mərkəzinin direktoru, millət vəkili, professor Nizami Cəfərov, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid, Səməd Vurğunun Ev-Muzeyinin direktoru Nüşabə Babayeva-Vəkilova şairin yaradıcılığından bəhs ediblər.
Əməkdar artist Mehriban Zəki şairin şeirlərini səsləndirib.
Sərgi tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.
ZÜMRÜD