PDF Oxu

Sosial

  • 174

"Ölkəmizi tanıyaq" kampaniyası uğurla davam edir

"Ölkəmizi tanıyaq" kampaniyası uğurla davam edir

Səbailli məktəblilər Gəncəyə yola düşdülər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə reallaşan, gənclərin və yeniyetmələrin vətənpərvərlik tərbiyəsinin daha da yüksəldilməsində, dünyagörüşünün formalaşmasında mühüm rol oynayan "Ölkəmizi tanıyaq" devizi ilə onların respublikamızın müxtəlif bölgələri ilə tanışlığı üçün təşkil olunmuş maarifləndirici tur-aksiyası çərçivəsində Səbail rayonundan olan təhsildə, idmanda və oxuduqları tədris müəssisəsinin ictimai həyatında fərqlənən 40 nəfər məktəblidən ibarət qrup Gəncə-Şəmkir-Göygöl marşrutu ilə yola düşüblər.

Məktəblilərin yola salınması ilə bağlı "Sahil bağı"nda mərasim təşkil olunmuşdur. Məktəblilər, onların valideynləri, rayonun orta məktəblərinin kollektivlərinin və rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə keçirilən tədbir Hərbi-Dəniz Qüvvələrinin orkestrinin ifasında Dövlət Himninin səsləndirilməsi ilə başlanıb.

Səbail rayon icra hakimiyyəti başçısının birinci müavini Xalidə Bayramova iştirakçıları salamlayaraq, şagirdlərə turun məqsədi barədə məlumat verib, gənc nəslə göstərilən dövlət qayğısından, gənclərin hərtərəfli inkişafı üçün yaradılan şəraitdən danışıb: "Bu ekskursiyalar ölkəmizin tarixini dərindən öyrənməklə bərabər, gənclərimizə Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə milli dövlət quruculuğu sahəsində görülmüş işlərlə, Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi dinamik sosial-iqtisadi inkişafla hər bir şəhər və rayonun nümunəsində tanış olmaq imkanı yaradır."

Mərasimdə çıxış edən pedaqoji kollektivlərin nümayəndələri, məktəblilər və onların valideynləri belə bir möhtəşəm tur-aksiyanın təşkilinə görə möhtərəm Prezidentimiz İlham Əliyevə minnətdarlıq ediblər.

Sonra səbailli məktəblilər havaya al-əlvan şarlar buraxaraq Səbail rayon icra hakimiyyətinin qarşısında şəkil çəkdirmiş, və Dövlət Yol Polisinin avtomaşınının müşayəti ilə yola salınıblar.

Rövşən NURƏDDİNOĞLU

Digər xəbərlər