Azərbaycan Mətbuat Şurasının və Tərtər Rayon İcra Hakimiyyətinin birgə təşəbbüsü ilə "Hərbi-vətənpərvərlik mövzusunun mediada işıqlandırılması xüsusiyyətləri" mövzusunda konfrans keçirilib. Konfrans iştirakçıları öncə Ümummilli Lider Heydər Əliyevin Tərtər rayon mərkəzində ucaldılmış abidəsini ziyarət edib, üzərinə tər çiçəklər düzüblər.
Tərtər rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov rayonda aparılan geniş abadlıq və quruculuq işləri barədə məlumat veərək, müharibə təhlükəsinin hər zaman aktual olduğunu bildirib: "Cəbhəyanı bölgə olan Tərtərdə böyük ruh yüksəkliyi və qələbəyə dərin inam hissi var. Bu ilin aprel ayının 1-dən 5 dək olan dövrdə Tərtərin hər bir sakini yüksək əzmlə cəbhəyə dəstəyini göstərdi, bir an belə emosiyaya qapılmadı və təşvişə düşmədi. Bu, Azərbaycan Respublikasının Prezidenti,Ali Baş Komandan İlham Əliyevin apardığı siyasətə dərin inamın nəticəsi idi."
MŞ sədri, Milli Məclisin deputatı Əflatun Amaşov dörüşdə çıxış edərək, bu ilin aprelində cəbhə xəttində gərginliyin yarandığı dövrdə Tərtərin də hadisələrin episentrində dayandığını vurğulayıb. Deputat həmin müddətdə rayon rəhbərliyi ilə müntəzəm əlaqədə olduğunu və bölgədəki ruh yüksəkliyindən fəxarət hissi keçirdiyini diqqətə çatdırıb. "Azərbaycan mediası da "Aprel müharibəsi" zamanı kifayət qədər ardıcıl və peşəkar fəaliyyət göstərdi: "Medianın təqdim etdiyi materiallar cəmiyyətdə böyük ruh yüksəkliyi yaratdı. Medianın cəmiyyət həyatındakı, xüsusən də, hərbi-vətənpərvərlik təbliğatındakı rolunu nəzərə alaraq belə qərara aldıq ki, beynəlxalq miqyaslı "Qarabağ" mükafatı təsis edək. Əlbəttə, hələlik, bu mükafatın yerli qaliblərini mükafatlandıracağıq. Mükafatlandırılma zamanı hərbi-vətənpərvərlik mövzusuna və Tərtər rayonunun ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatının işıqlandırılmasına ən çox önəm verən KİV-lər nəzərə alınıb. Gələn ildən başlayaraq, biz Qarabağla bağlı xarici media vasitələrində yer almış ən yaxşı məqalələrin müəlliflərini də mükafatlandırmağı nəzərdə tuturuq. Hesab edirik ki, bu yolla Dağlıq Qarabağ həqiqətlərinin təbliğinə daha çox yer vermiş olarıq." Konfransda MŞ sədrinin müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu, Milli Məclisin Tərtər rayonundan seçilmiş deputatı Sahib Alıyev, MŞ İdarə Heyətinin üzvləri - "İki Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid, "Bakı xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev, şair-publisist Zabil Zeynalov və başqaları çıxış edərək hərbi-vətənpərvərlik təbliğatının vacibliyini əsaslandıraraq bildiriblər ki, cəbhəyanı bölgə olan Tədbirdən sonra konfrans iştirakçıları cəbhənin Tərtər rayonunun Talış kəndi istiqamətindəki təmas xəttinə baş çəkərək əsgərlərimizlə görüşüblər.
R.HÜSEYNOVA