PDF Oxu

Sosial

  • 365

Ağdam rayonunda Yeni Azərbaycan Partiyasının yaradılmasının 24 illiyi qeyd olunub

Ağdam rayonunda Yeni Azərbaycan Partiyasının yaradılmasının 24 illiyi qeyd olunub

YAP Ağdam rayon təşkilatında Yeni Azərbaycan Partiyasının yaradılmasının 24 illiyi münasibətilə tədbir keçirilib. Tədbirdə öncə Ulu Öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan YAP Ağdam rayon təşkilatı sədrinin vəzifələrini müvəqqəti icra edən Zülfü Qasımov YAP-ın yarandığı 24 illik bir dövrə nəzər salaraq, bildirib ki, YAP 24 illik zamanda Azərbaycanın müstəqil, demokratik, sivil dövlət kimi qurulması və möhkəmləndirilməsində vətəndaş cəmiyyəti quruculuğunda ən fəal, ən qabaqcıl siyasi rol oynamaqla, bu istiqamətdə mühüm tarixi əhəmiyyətli işlər görüb: "Təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan və Azərbaycan Prezidenti İlham Əliyevin Sədrliyi ilə uğurlu fəaliyyətini davam etdirən Yeni Azərbaycan Partiyası fəaliyyət göstərdiyi 24 il ərzində Azərbaycanın dağılması, parçalanması dövründən bugünkü inkişafına qədər çox şərəfli və çətin bir yol keçib".

YAP Ağdam rayon təşkilatı qadınlar şurasının sədri Mətanət Misirxanova çıxışında bildirib ki, YAP yarandığı gündən müstəqil dövlətçilik prinsipinə sədaqət nümayiş etdirib və güclü Lideri, bitkin proqramı, hərtərəfli siyasi platforması, qətiyyətli mövqeyi sayəsində tezliklə öz sıralarında ictimaiyyətin geniş təbəqələrini birləşdirərək, əsl ümumxalq partiyasına çevrilib.

Ağdam rayon icra hakimiyyətinin başçısı Raqub Məmmədov çıxışında YAP-ın fəaliyyət göstərdiyi 24 il ərzində çox şərəfli və çətin bir yol keçdiyini diqqətə çəkib.

Tədbirdə çıxış edənlər YAP Ağdam rayon təşkilatı idarə heyətinin üzvü Qədulla Səfərov və partiya fəallarından olan Hüseyn Bayramov 24 illik tarixə diqqət çəkərək YAP-ın dövlətçilik uğrunda yorulmadan xidmət etdiyini və öz uğurlu işi ilə ölkəmizi dünya miqyasında tanıtmağa nail olduğunu bildiriblər.

Sonra YAP sıralarına yeni qəbul edilmiş bir qrup gəncə üzvülük vəsiqələri təqdim olunub.

Tədbirin sonunda yığıncaq iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevə təbrik məktubu ünvanlanıb.

ZÜMRÜD

Digər xəbərlər