Yaxud barəsində 300 milyonluq təzminat davası açılan ermənipərəstin aşkar həyasızlığına dair danılmaz sübutlar
Sonunda həqiqət özünü göstərdi və uzun illərdir Azərbaycan siyasilərinin erməni millətçiləri və işğalçı rejimi dəstəkləyən Qərbin lobbist qurumları haqqında irəli sürdükləri "xristian klubu" iddiası öz təsdiqi tapdı. Özü də ermənilərin dili ilə. Məsələ ondadır ki, bu günlərdə işğal altında olan qondarma Dağllıq Qarabağ "respublikası"nın "xarici işlər naziri" Karen Mirzoyan növbəti dəfə əsl erməni həyasızlığı sərgiləyərək, iddia edib ki, guya Azərbaycan tərəfi erməniləri xristian olduqlarına görə "öldürür", "asır-kəsir" və s...
Tarixən belə olub və erməni millətçiləri hər dəfə xristian dünyasının dəstəyi ilə işğalçılıq siyasəti yürüdərək, Azərbaycanın torpaqlarına göz dikərkən və Azərbaycan xalqı bu torpaqların azadlığı uğrunda canından-qanından keçməyə hazır olarkən, daha açıq desək, ermənilərin quyruqları qapı arasında qalmağa başlayarkən, dərhal dönüb olurlar dünyanın ən "əzabekeş", "məzlum" və "yazıq" xalqı!
Mirzoyandan sitata nəzər salaq: "Baxın, azərbaycanlılar bizi hədəfə alıblar. Xristian olduğumuza görə bizi vurur, atəşə tutur, bombalayırlar. Çünki onlar müsəlman, biz xristianıq. Azərbaycan bizim varlığımızı istəmir".
Göründüyü kimi, ermənilərin özləri qeyri-tolerantlıq, irqçilik və islamofob baxışları ilə anti-Azərbaycan fəaliyyətlərini ortaya qoyurlar. Halbuki, bu gün Dağlıq Qarabağ və ətraf rayonların bir hissəsi daşnak təfəkkürlü qaniçən və qəddar ermənilərin ayaqları altında inləməkdə davam edir. Elə aprel döyüşləri zamanı Azərbaycan Ordusunun həndəvərinə qədər irəliləyən Talış kəndinin erməniləri də işğal altındakı kənddə "məzlum" şəkildə ağlayırlar. Sən demə, kənd sakini erməni Vilen Petrosyan, keşiş Samvel Mkrtıçyan, Ermənistanın AŞPA-dakı deputatı Samvel Farmanyan, daha sonra digər "yan"lar başqasının torpağında oturub, "əziyyət" çəkirmişlər (?!-R.N.).
Məsələnin kökündə Milena Qabanelli dayanır...
Bəs bütün bunların kökündə hansı faktor dayanır? Məsələ isə ondadır ki, qalmaqallı yazıları, "etibarlı mənbələrdən alınan informasiyalar" əsasında hazırlanan reportajları ilə tanınan 62 yaşlı italyan jurnalist Milena Qabanelli "Corriere della Sera" qəzetində Azərbaycanın aqressiv şəkildə ittiham olunduğu məqaləsini dərc etdi. Belə ki, Qabanelli yazırdı ki, sən demə, 2013-cü ilin yanvarında AŞPA-da Azərbaycanda insan haqları ilə bağlı qətnamə səsə qoyulanda (həmin sənəddə Azərbaycanda guya 85 siyasi məhbusun olduğu iddia edilirdi) sənədin qəbul olunmamasının başlıca səbəbi bəzi deputatların mövqeləri olub.
Halbuki həmin müzakirələrin sonucunda qətnamə layihəsinin lehinə 79, əleyhinə 128 deputat səs vermişdi. Nəticədə, layihə "gerçəkliyə uyğun olmayan" kimi rədd olunmuşdu.
Qabanelli isə həyasızcasına Avropa Xalq Partiyasının rəhbərliyini, xüsusilə də, bu partiyanın AŞPA-dakı fraksiyasının mənsublarını "Azərbaycanın maraqlarını müdafiə etməkdə, Bakıya satılmaq"da suçlamışdı.
Erməni işğalçılarının tərəfdarı olan italyan jurnalist yazırdı ki, AXP-nin AŞPA-dakı siyasi qrupunun fəxri prezidenti, İtaliya parlamentinin sabiq deputatı Luka Cüzeppe Volonte, sən demə, "Bakının adamı"dır: "Məhz onun səyləri nəticəsində Azərbaycandakı siyasi məhbuslar barədə qətnamə AŞPA-da qəbul olunmadı".
Lakin rəsmi Roma, İtaliyanın hakimiyyət dairələri isə əla bilirlər ki, Luka Volonteyə qarşı irəli sürülən ittihamlar və səslənən iddialar yalan, əsassız olmaqla yanaşı, son vaxtlar Azərbaycana qarşı başlanmış primitiv, çirkin kampaniyanın tərkib hissəsidir.
Digər tərəfdən, italyan siyasətçilər onu da dərk edirlər ki, M.Qabanellinin Azərbaycanla bağlı "araşdırma"lara başlaması ilə onun Ermənistandan qayıtması arasında çox qısa zaman kəsiyinin olması təsadüfi deyil. 62 yaşlı sinyora Qabanellinin Fransa, İtaliya, Almaniya, İspaniya və Yunanıstandakı erməni diaspor təşkilatlarının rəhbərləri ilə ifrat dərəcədə sıx təmasları heç təsadüfi deyil.
Bu adam, ümumiyyətlə, rəsmi Roma ilə rəsmi Bakı arasındakı çox sıx siyasi, iqtisadi, ticari əlaqələrin varlığını, Azərbaycanla münasibətlərin sürətli inkişafında İtaliyanın maraqlı olduğunu baltalamağa çalışan barmaqla sayılacaq ermənipərəstlərdən biridir.
Xədicə İsmayılla Qabanellinin torpağı bir yerdən götürülüb, yaxud uşaqbaz Ştrasseri də buraya əlavə etmək olar!
Bəli, bu gün xarici ölkələrdə olduğu kimi, təəssüf ki, öz içimizdən də ermənisevər qabanellilər çıxır. Məsələn, Xədicə İsmayıl! Sanki Xədicə İsmayılla Qabanellinin torpağı bir yerdən götürülüb.
Lakin onları dəstəkləyən daha bir ermənipərəst də var - uşaqbaz Kristofer Ştrasser!
Ancaq Azərbaycandakı radikal və dağıdıcı müxalifətin, habelə, "demokratiya aşiqləri"nin qardaşlıqları sayılan Kristof Ştrasserə gəldikdə, bu "insanın", ümumiyyətlə, insan haqlarından danışmağa haqqı yoxdur. Çünki bu alman gəda 1977-1982-ci illərdə ölkəsində - Almaniyada uşaqbazlığın qanuniləşdirilməsinə çalışmış siyasətçilər arasında birinci yeri tutanlardandır (!!!???-R.N.).
"Report"da nələrdən danışılıb?
İndi isə bu məsələlərə daha yaxından nəzər salaq. Belə ki, M.Qabanelli bütün tamaşaçılara "Report" TV vasitəsilə hazırladığı verlişində "Dağlıq Qarabağ ermənilərinin həyatı barədə" reportaj təklif edib və deyib: "Bizə göstərdikləri köməyə və xüsusilə də, təqdim etdikləri faktlara görə erməni dostlara təşəkkür etmək istərdim".
Guya hadisə yerindən obyektiv və qərəzsiz informasiya almaq üçün Dağlıq Qarabağa, Azərbaycanın erməni işğalında olan ərazilərinə yollanan "Report"un çəkiliş qrupu öncə qarabağlı erməni separatçılarının "XİN başçısı" Karen Mirzoyanla görüşüb. Söz yox ki, italyan jurnalistləri görəndə, cuşa gələn Mirzoyan da "qəddar Azərbaycanın zəif və köməksiz ermənilərə qarşı müharibə"sindən, "dünyanın hələ də zavallı ermənilərin bəlalarına, fəlakətinə laqeyd qalmasından" danışıb.
Axırda Mirzoyan "ağlaya-ağlaya" deyib ki, "yaxşı olardı ki, İtaliya bizi dinləsin, ermənilərin problemlərini anlasın". Bax, bu məsələnin də kökü bundadır - AŞKAR HƏYASIZLIQDA!!!
Həyazıslıq isə Qabanellinin erməni səngərlərinə yollanması, orada keşişlə "təsadüfən" qarşılaşması və s. "gözlənilməz" hadisələrlə davam edir. O keşiş isə səsinə miskinlik çalarları qataraq söyləyir: "Bilirsinizmi, bu barədə danışmaq çətindir, ağırdır. Amma həqiqət odur ki, Azərbaycan bizə qarşı yalnız xristian olduğumuz üçün vuruşur. Onlar müsəlmandırlar, biz - xristian. Baxın, o təpənin başında böyük, əsgərlərimizin tikdikləri dəmir xaçı görürsünüz?! Azərbaycanlılar fasiləsiz olaraq o xaçı atəşə tuturlar. Biz xristianların yükü budur - azadlıq və torpaq uğrunda vuruşmaq".
Erməni rüşvətinin "gücü" və Qabanellinin etirafı: "İtaliya hökuməti və Vatikan "reallıqları" görmür"
Bunun ardınca, Qabanelli Ermənistan parlamentinə yollanır və orada erməni deputat, Ermənistanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Samvel Farmanyan Azərbaycanı suçlayır, üstəlik, "Avropa ermənilərin dərdlərinə biganədir" deyir.
Nəticədə, Milena Qabanelli Dağlıq Qarabağ münaqişəsini "xristianlarla müsəlmanlar arasında münaqişə" (!!!-R.N.) kimi təqdim edir və bununla da qərəzkarlıqda, yalanda, üstəlik, islamofobiyada bir zamanlar "müsəlmanlar siçovul kimi artırlar" demiş başabəla italyan yazıçı Oriana Fallaçini artıqlaması ilə önləyir!
Həyasızlığın son həddi isə Milena Qabanellinin ermənilərdən dəstək və yardım, yəni rüşvət almasının aşkar etirafıdır!
Hələ bu harasıdır, Milena Qabanelli ermənilərdən aldığı rüşvət hesabına İtaliya rəhbərliyini və Vatikanı "reallıqları" görməməkdə suçlayır!
İtaliyalı qalmaqallı jurnalist İlaliya ilə Azərbaycanın münasibətlərinə kölgə salmağa cəhd edir!
Nəticədə, bəlli olur ki, italiyalı jurnalist İlaliya ilə Azərbaycanın münasibətlərinə gölgə salmağa cəhd edir. Azərbaycan İtaliyaya ən böyük neft satıcısı olduğu halda, o, dövlətlərarası siyasətə bilavasitə burnunu soxur.
Digər tərəfdən, ölkələrimiz arasında əməkdaşlıqla bağlı çoxsaylı planlar var və hər iki tərəf təmasların inkişafında maraqlıdır. Söhbət ilk əvvəl 2020-ci ildə tam hazır olacaq Transadriatik boru kəmərindən gedir. 45-50 milyard dolların yatırıldığı bu layihədə İtaliyanın çoxsaylı şirkətləri də iştirak edir.
Həmçinin, Azərbaycan Avropaya, o cümlədən, İtaliyaya çox sərfəli təbii qaz təminatı variantlarını təklif edir ki, bu variantlar Xəzər hövzəsində digər mənbələrə çıxışı da ehtiva edir. Azərbaycan TAP layihəsinin maliyyələşdirilməsinin əksər hissəsini öz üzərinə götürüb.
Nəticə etibarilə, o, müstəqil və obyektiv də deyil. Yəni o, Azərbaycana münasibətdə nifrətini və qərəzini əsla gizlətmir.
Daha bir fakta nəzər salaq. ABŞ Konqresindəki İnsan Haqları Komissiyasında anti-Azərbaycan dinləmələrində AXCP sədri Əli Kərimlinin oğlu Türkel Kərimli çıxış edəndə zalda erməni diasporunun 12 nümayəndəsi vardı. Halbuki dinləmələrə qatılanların sayı vur-tut 23 nəfərdi. Həmin ermənilər arasında Dağlıq Qarabağ separatçılarının lideri Bako Saakyanın oğlu Armen Saakyan da vardı ki, yanında əyləşmiş Milena Qabanelli ilə çox məhrəmanə, "səmimi" söhbətləşirdi. Qabanelli İtaliyada "sensasiya ovçusu", yoxlanmamış faktlara əsaslanaraq "araşdırma"lar aparan, insanların şərəf və ləyaqətini aşağılamaqdan çəkinməyən, saxtakarlıqdan usanmayan adam kimi də ad çıxarıb. Elə bu səbəbdən İtaliyanın müxtəlif məhkəmələrində mənəvi təzminat tələbi ilə ona qarşı qaldırılmış mülki iddialarında Qabanellidən istənilən məbləğin ümumi həcmi 300 milyon (!!!-R.N.) avronu keçib.
Hər halda , təkcə bu fakt nəyin-nə, kimin kim olduğunu açıq-aşkar ortaya qoymuş olur.
Rövşən NURƏDDİNOĞLU
P.S. Görəsən, Qabanelli haqqında çıxarılmış 300 milyon avroluq təzminatı ödəməsə, ermənilər onun müdafiəsinə qalxacaqlarmı? Bəlkə bu amil ermənilərin İtaliyaya qarşı da torpaq iddiası qaldırmalarına stimul verə bilər?