PDF Oxu

Sosial

  • 724

Avropa İİV-ə testləşmə həftəsi keçirilib

Avropa İİV-ə testləşmə həftəsi keçirilib

Səhiyyə Nazirliyinin dəstəyi və Ümumdünya Səhiyyə Təşkilatının təşəbbüsü ilə Respublika QİÇS-lə Mübarizə Mərkəzi 1 dekabr Ümumdünya QİÇS-lə Mübarizə Günü və "Avropa İİV-ə testləşmə həftəsi" ilə bağlı müayinələr və maarifləndiriçi tədbirləri davam etdirir.

"Avropa İİV-ə testləşmə həftəsi" çərçivəsində noyabrın 18-dən 25-dək İnsanın İmmunçatışmazlığı Virusu ilə bağlı müayinə və məsləhətləşmə aksiyaları Park-Bulvar, Metropark Ticarət Mərkəzində, Bakı Texniki Kolleci, Mingəçevir Politexnik İnstitutu, Azərbaycan Texniki Universiteti, Gəncə Dövlət Universiteti, ATU-nun Tədris Terapevtik Klinikası, Şəki Tibb Kolleci və regionlarının ictimai, mədəni-maarif ocaqlarında keçirilib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən "Səs" qəzetinə verilən məlumata görə aksiya zamanı mərkəzin mütəxəssisləri İİV infeksiyası və ondan qorunma üsulları, sağlam və təhlükəsiz həyat tərzi barədə iştirakçılara ətraflı məlumat veriblər. Tədbirdə könüllü olaraq 4000-dən artıq insan İİV-ə test müayinəsindən keçiblər. Bununla yanaşı, "Avropa İİV-ə testləşmə həftəsi" kampaniyası çərçivəsində ölkənin bir neçə şəhər və qəsəbələrdə geniş əhali kütləsi üçün İİV-lə bağlı müayinələr və maarifləndirici tədbirlər aparılıb, broşur və bukletlər paylanıb. Bu aksiyalar zamanı pulsuz və anonim qaydada İİV-ə ekspress-testdən keçmək, 15 dəqiqə ərzində öz İİV statusunu (yoluxub-yoluxmamağını) müəyyən etmək imkanı yaradılıb.

NƏZAKƏT

Digər xəbərlər