PDF Oxu

Sosial

  • 305

Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının Qurultayı keçirilib

Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının Qurultayı keçirilib

Türkiyənin Kocaeli vilayətinin İzmit şəhərində Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının V növbədənkənar Hesabat-Seçki Qurultayı keçirilib.

Komitədən qəzetimizə verilən məlumata istinadən, Azərbaycan və Türkiyənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayan qurultayda əvvəlcə səsvermə əsasında Rəyasət Heyətinin tərkibi seçilib, daha sonra gündəlikdə duran məsələlər barədə məlumat verilib. Gündəliyə uyğun olaraq İdarə Heyətinin və Nəzarət-Təftiş Komissiyasının 2013-2016-cı illər üçün hesabatları dinlənilib. İdarə Heyətinin adından çıxış edən TADEF sədri Bilal Dündar təşkilatın ötən müddət ərzində həyata keçirdiyi tədbirlər haqqında ətraflı məlumat verərək, bu layihələrin Azərbaycan və Türkiyə münasibətlərinin daha da inkişaf etdirilməsinə, Azərbaycanın Türkiyədə, eləcə də, dünyada daha da yaxından tanıdılmasına, ortaq problemlərin həlli istiqamətində birgə fəaliyyətə xidmət etdiyini bildirib.

TADEF sədri Federasiyanın Türkiyənin kütləvi informasiya vasitələri, qeyri-hökumət təşkilatları, siyasi partiyalar, dövlət orqanları və Böyük Millət Məclisi ilə yaxşı əlaqələrə malik olduğunu, gələcəkdə bu əlaqələrin daha da dərinləşdiriləcəyini vurğulayıb.

B.Dündarın hesabatından sonra Nəzarət-Təftiş Komissiyasının hesabatları ilə bağlı səsvermə keçirilib və yekdilliklə qəbul edilib. Daha sonra səsvermə əsasında İdarə Heyətinin və Nəzarət-Təftiş Komissiyasının yeni tərkibi müəyyənləşdirilib, Bilal Dündar növbəti müddət üçün yenidən federasiyanın rəhbəri seçilib.

Sonda qurultay iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana müraciət ünvanlanıb.

NƏZAKƏT

Digər xəbərlər