PDF Oxu

Sosial

  • 863

Ölkəmizdə uşaqların sağlamlığının qorunmasına dövlət qayğısı artır

Ölkəmizdə uşaqların sağlamlığının qorunmasına dövlət qayğısı artır

"Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair Dövlət Proqramı" çərçivəsində respublika üzrə müayinələrdən keçmiş uşaqlar haqqında 9 aylıq hesabat açıqlanıb

Dünən K.Fərəcova adına ET Pediatriya İnstitutunda uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair tədbir keçirilib. Tədbirdə "Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair Dövlət Proqramı" çərçivəsində respublika üzrə müayinələrdən keçmiş uşaqlar haqqında 9 aylıq hesabat açıqlanıb.

Səhiyyə Nazirliyinin baş pediatrı, K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru Nəsib Quliyev dövlət tərəfindən uşaqların sağlamlığının qorunması və möhkəmləndirilməsi məqsədilə həyata keçirilən davamlı tədbirləri diqqətə çatdırıb: "Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevain şəxsi təşəbbüsü ilə 2013-cü ilin martında "Uşaqların icbari dispanserizasiyası haqqında" qəbul edilmiş Qanun uşaqların sağlamlığının qorunması işində müstəsna əhəmiyyət kəsb edir".

2016-cı ilin 9 ayı ərzində respublikanın uşaq əhalisinin 1 672 556 nəfəri (64,6 %) tibbi müayinədən keçirilib. Tibbi müayinədən keçirilmiş uşaqların 87 288 (5,2 %) sağlamlıq vəziyyətinə görə dispanser qeydiyyata götürülüb. Sağlamlığında müxtəlif problemlər aşkarlanmış 227 955 (13,6 %) azyaşlıya müalicə-sağlamlaşdırıcı tədbirlər tətbiq edilib. Onlardan 14 345 nəfəri (0,9 %) hospitalizasiya olunub, 4569 nəfəri isə sanator müalicəyə göndərilib.

NƏZAKƏT

Digər xəbərlər