PDF Oxu

Sosial

  • 283

2016-cı ilin yanvar-sentyabr aylarında sənayenin əsas göstəriciləri

2016-cı ilin yanvar-sentyabr aylarında sənayenin əsas göstəriciləri

2016-cı ilin yanvar-sentyabr aylarında Yasamal rayonunun sənaye müəssisələri, 116,6 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövrünün səviyyəsindən 6,9 faiz çox sənaye məhsulu istehsal etmiş və xidmətlər göstərmişdir.

Sənaye məhsulunun 79,6 faizi emal, 1,4 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 19 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunmuşdur.

İstehsalın 73,2 faizi qeyri-dövlət sektorunun payına düşmüş və faktiki qiymətlərlə 56 faiz artım müşahidə olunmuşdur.

2016-cı ilin yanvar-sentyabr aylarında sənaye məhsulu istehsalının emal sənayesi 22,3 faiz, qida məhsullarınin istehsalı 96 faiz, kağız və karton istehsalı 12,6 dəfə, kimya sənayesi məhsullarının istehsalı 14,3 faiz, mebellərin istehsalı 93,9 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri isə 21,3 faiz artmışdır.

Doqquz ay ərzində istehlakçılara 169,2 milyon manat dəyərində məhsul göndərilmişdir. İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilmiş, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 1 oktyabr 2016-cı il vəziyyətinə 3,4 milyon manatlıq hazır məhsul olmuşdur. Ehtiyatların 92,2 faizi emal sənaye müəssisələrinin anbarlarında mövcud olmuşdur.

Mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 73,8 min manat olmaqla əvvəlki ilin yanvar-sentyabr aylarına nisbətən 20,1 faiz təşkil etmişdir. Sahədə 24,3 min ton daş qırıntıları istehsal edilmişdir.

İstehsal olunmuş məhsulların çeşidliliyinə, onların əhatə dairəsinin genişliyinə görə mühüm əhəmiyyətə malik olan emal sənayesində yanvar-sentyabr aylarında 92,8 milyon manatlıq məhsul istehsal olunmuş, işlərin 76,9 faizi, bilavasitə qeyri-dövlət sahibkarlıq subyektləri tərəfindən həyata keçirilmişdir. Sənaye məhsulunun ümumi həcmində qida məhsullarının istehsalı 46,2 faiz, poliqrafiya məhsullarının istehsalı 30 faiz, tikinti materiallarının istehsalı 11,5 faiz paya malik olmuşdur.

Qida məhsullarının və içki məmulatlarının istehsalı sahələrində 43 milyon manat dəyərində məhsul istehsal edilmiş, əvvəlki ilin yanvar-sentyabr ayları ilə müqayisədə qida məhsullarının istehsalında 96 faiz artım müşahidə olunmuşdur. Bu sahələrin əsas məhsullarından olan makaron məmulatları istehsalı 2,1 dəfə artaraq 2,3 min ton, şirin peçenye istehsalı 3,2 dəfə artaraq 88,4 ton, qablaşdırılmış şəkildə şokolad və qida məhsulları istehsalı 19 faiz artaraq 2,5 ton, tortlar və şirniyyat məmulatları istehsalı 61 faiz artaraq 72 ton təşkil etmişdir. 2016-cı ilin oktyabr ayının əvvəlinə bu sahələrin müəssisələrinin anbarlarında 41,8 min manat məbləğində və ya rayon sənayesi üzrə hazır məhsul ehtiyatının 1,2 faizi qədər məhsul qalığı olmuşdur.

Kimya sənayesi, rezin və plastik kütlə məmulatlarının istehsalı sahələrində 721,8 min manatlıq məhsul istehsal edilmiş, əvvəlki ilin yanvar-sentyabr ayları ilə müqayisədə məhsul buraxılışı kimya sənayesində 14,3 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalında isə 5,1 faiz azalmışdır. Əsas kimya məhsullarından lak-boya məmulatlarının istehsalı 34,2 faiz artmış, oksigenin istehsalı 36,3 faiz, azot istehsalı isə 43,5 faiz azalmışdır. 2016-cı ilin oktyabr ayının əvvəlinə anbarlarda olan hazır məhsul ehtiyatı 25,8 min manat olmuş və rayon sənayesi üzrə hazır məhsul ehtiyatının 0,8 faizini təşkil etmişdir.

Tikinti materiallarının istehsalı sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən istehsal edilmiş məhsulun umumi dəyəri 69,1 faiz azalaraq 10,7 milyon manat təşkil etmişdir. Hörmə üçün hazır beton qarışığının istehsalı 35,3 dəfə artmış,tikinti kərpicinin istehsalı isə 61,9 faiz azalmışdır. 2016-cı il oktyabrın 1-i vəziyyətinə sahənin müəssisələrinin anbarlarında hazır məhsul qalığının məbləği rayon sənayesi üzrə hazır məhsul ehtiyatının 10,2 faizini təşkil edərək 343,8 min manat olmuşdur.

Metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı sahələrində 2,5 milyon manatlıq məhsul istehsal olunmuşdur.

Maşın və avadanlıqların istehsalı sahəsində 4,2 milyon manatlıq məhsul istehsal edilmiş, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə eyni səviyyədə olmuşdur. 2016-cı ilin oktyabr ayının əvvəlinə anbarlarda olan hazır məhsul ehtiyatı 821,9 min manat olmuş və rayon sənayesi üzrə hazır məhsul ehtiyatının 24,4 faizini təşkil etmişdir.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda doqquz ay ərzində 1,6 milyon manat dəyərində məhsul istehsal olunmuş və xidmətlər göstərilmiş, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 38,6 faiz təşkil etmişdir.

Su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların həcmi 8,4 faiz artaraq 22,1 milyon manat təşkil etmişdir.

2016-cı ilin yanvar-sentyabr aylarında sənayedə çalışan muzdlu işçilərin orta siyahı sayı 6806 nəfər təşkil etmiş, onların 97 nəfəri mədənçıxarma, 3470 nəfəri emal, 5 nəfəri elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 3234 nəfəri isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında çalışmışdır.

Yanvar-sentyabr aylarında sənayedə işləyənlərin orta aylıq əmək haqqı ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,5 faiz artaraq 611,5 manata çatmışdır. Əmək haqqı mədənçıxarma sənayesində 74 faiz, emal sənayesində 7 faiz, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 2,3 dəfə, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 1,3 faiz artmışdır.

Qeyri-dövlət sektorunda işçilərin sayı əvvəlki ilin müvafiq dövrünə nisbətən 10,7 faiz artmış, sənaye işçilərinin ümümi sayında onların xüsusi çəkisi 57,5 faiz təşkil etmişdir.

Sənayenin dövlət sektorunda orta aylıq əmək haqqı 584 manat olmuş və əvvəlki ilin müvafiq dövrünə nisbətən 0,1 faiz artmışdır. Qeyri-dövlət sektorunda isə işçilərin orta aylıq əmək haqqı 11,5 faiz artaraq, 632,5 manat təşkil etmişdir.

Qismət İsmayılov

Digər xəbərlər