PDF Oxu

Sosial

  • 1 339

Heydər Əliyevin ölməz, əbədi xatirəsini xalqımız hər an yad edir və xatırlayır

Heydər Əliyevin ölməz, əbədi xatirəsini xalqımız hər an yad edir və xatırlayır

Kürdəmirdə Ulu Öndər Heydər Əliyevin anım günü münasibətilə tədbir keçirilib

Dünən Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının qadınlar şurasının tədbiri keçirilib.

Partiyanın rayon təşkilatının qərargahında keçirilən tədbirdə YAP rayon təşkilatının sədri Ağali Kərimli, YAP rayon təşkilatının qadınlar şurasının üzvləri və fəal qadınlar iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə rayon təşkilatının qərargahında Ümummilli Lider Heydər Əliyevin büstünün önünə gül dəstələri düzərək, Ulu Öndərin əziz xatirəsini ehtiramla yad ediblər.

Sonra dəyirmi masa YAP rayon təşkilatının akt zalında öz işinə başladı. Tədbir iştirakçıları əvvəlcə dahi şəxsiyyət, Ulu Öndərimiz Heydər Əliyevin nurlu və əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Tədbiri giriş sözü ilə YAP rayon təşkilatı qadınlar şurasının sədri Sevda Hacıyeva açıb. O bildirib ki, dekabrın 12-də müstəqil Azərbaycan Respublikasının banisi, Ümummilli Liderimiz Heydər Əliyevin vəfatından 13 il ötür. Tarixi şəxsiyyət olan Ulu Öndərimiz bütün həyatını dövlətçiliyimiz, xalqımızın bu günü və gələcəyi naminə həsr edərək güclü, sarsılmaz, qüdrətli bir dövləti - Azərbaycanı bizə ərməğan etdi. Heydər Əliyevin ölməz, əbədi xatirəsini xalqımız hər an yad edir və xatırlayır.

Tədbirdə YAP rayon təşkilatının idarə heyətinin üzvü, şəhər 6 saylı tam orta məktəbin direktoru Elmira Şıxəliyeva, Heydər Əliyev Mərkəzinin direktoru, rayon təşkilatının idarə heyətinin üzvü Dürriyə Seyidova, rayon təşkilatı qadınlar şurasının idarə heyətinin üzvü, Lenin ordenli, Tərəqqi medallı Sevil Osmanova, rayon təşkilatının qadınlar şurasının idarə heyətinin üzvü, Mərkəzi Kitabxanalar Sisteminin direktor müavini İradə Mahmudova çıxış ediblər. Çıxışlarda Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası, müstəqil Azərbaycan quruculuğu yolundakı şərəfli mübarizəsi, bütün dünya tərəfindən qəbul edilən böyük siyasətçi və liderlik titulları barədə geniş fikirlər söyləyiblər.

Sonda YAP Kürdəmir rayon təşkilatının sədri Ağali Kərimli çıxış edərək bildirir ki, bütün varlığı ilə Azərbaycana və azərbaycançılığa xidmət edən dahi rəhbərimiz əbədiyyətə qovuşmağı ilə də xalqımızı birləşdirdi. Öz ideyaları ətrafında xalqımızı birləşdirən Ulu Öndər Heydər Əliyevin müqəddəs ruhu bu gün bizi bütövləşdirir və mətinləşdirir. Bu gün Ümummilli Lider Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan inkişaf edərək yeni-yeni uğurlara imza atır.

Rəfiqə HÜSEYNOVA

Digər xəbərlər