PDF Oxu

Sosial

  • 556

Terrora sevinməyin!

Terrora sevinməyin!

Köşə

Türkiyədə törədilən terror aktı türk xalqlarının ürəyini dağladı, həm də qardaşlarımızın ölümü çox sarsıtdı bizi. Təəssüf ki, bundan sevinənlər də oldu. Yox, səhv başa düşməyin, avropalıları nəzərdə tutmuram. Onsuz da, hər terrorun altından Qərb dövlətlərinin xüsusi xidmət orqanlarının məxfi planları çıxır. Onlar terrora hırıldamayıb da, nə etməlidirlər!? Bu dəfə terror hadisəsindən bir neçə saat sonra öz "satqın" və "şərəfsiz"lərimiz yenidən həvəslənib sifətlərini açdılar. Zaur Bayramov adlı sosial şəbək istifadəçisi Türkiyədəki terror hadisəsi törədənlərə tərif oxuyub alqışladı. AXCP sədri Ə.Kərimlinin doğma əmisi oğlu İnqilab Kərimov da bu tip terror hadisələrini Azərbaycana arzuladığını dilə gətirdi. Yadınızdadırsa, bu adam hələ 2015-ci ildə status yazmışdı: "İŞİD", Azərbaycana xoş gəlirsən!". Sözün bitdiyi məqam! Azərbaycan xalqının əzilməsini, millətimizin terror qurbanı olmasını arzulayan bu "adam" nə üçün öz ad və soyadını dəyişmir? Nədir bu adamı millətimizə düşmən edən!? Hər halda, bunu doğma əmisi oğlu Ə.Kərimlidən başqa kimsə dəqiq bilməz. Terrora, müharibəyə sevinməyin bir adı var, o da heyvanlıq. Bir sinif yoldaşım var idi, məktəbi qurtarandan sonra onu dini fanatizm elə bir kökə saldı ki, öz doğma dədəsini "Kamaz"ın altına qoyub öldürmüşdü. Adını da belə qoymuşdu ki, atam Allah adamı deyil, ibadət eləmir. Hər halda bir şeyə sevinirəm ki, bu gədəyə düz on bir il ərzində ancaq "HEYVAN" deyə müraciət etmişəm. İ.Kərimov Avropada keyf eləyir, "İŞİD"in Suriyada hansı vəhşilikləri həyata keçirdiyindən də xəbərdardır. Bu yaxınlarda suriyalı bir uşağın vəsiyyətini oxudum, sizləri bilmirəm, ancaq mən evdə rahat oturub çörək yediyimə görə min dəfə utandım. Suriyalı uşaq deyir: "Ey ölüm mələyi! Tələs, ruhumu tez al ki, cənnətdə yemək yeyə bilim. Mən çox acmışam...". Müharibəyə, ölümə, kiminsə kəsilən başına, qarnının aclığına, evinin dağıdılmasına sevinmək əclaflıqdır.

Türkiyə həmişə dünyanın siyasi xəritəsini dəyişən dövlətlərdən biri olub. Hələ 1918-ci ildə Birinci Dünya müharibəsi bitən zaman Osmanlı imperiyasının parçalanması Qərb üçün Çar Rusiyasının da, Avstriya-Macarıstan imperiyasının da yer üzündən silinməsindən daha vacib idi. Nəhayət, Osmanlı imperiyası ərazisinin dörddə-üçünü itirmiş oldu. Dünyanın düzəmi dəyişdi, ancaq Türkiyəyə olan münasibət dəyişmədi. Türkiyə dünyada diplomatları ən çox öldürülən dövlətdir. Bu da bir tarixə çevrildi. Son bir ildə Türkiyədə həyata keçirilən terror aktlarının hərəkət trayektoriyasını diqqətlə izləyin. Futbol meydançalarına yaxın ərazilərdə, konsertlərdə, insanların kütləvi toplaşdığı yerlərdə terror törətmək "Batının taktikası"dır. Türkün, müsəlmanın ən böyük dayağını sarsıtmaq heç bir dövlətə nəsib olmayıb və olmayacaq da!

2016-cı il 11 dekabar tarixi "Terror günü" kimi tarixə düşdü. Həmin gün təkcə Türkiyədə deyil, bir çox ölkələrdə terror hadisələri zamanı onlarla, yüzlərlə insan qətlə yetirildi. Qahirənin mərkəzində "Al-Butrosiya" kilsəsində əksəriyyəti qadın və uşaqların iştirtak etdiyi ibadət zamanı partlayış olub. Nəticədə, 28 nəfər həlak olub, 70 nəfər itkin düşmüş sayılır. Nigeriyanın şimal-şərqindəki Mayduquri şəhərinin bazarında, Nigeriyada, Keniyada, Somalidə, eyni zamanda, baş verən terror hadisələrinin də bir-biri ilə mütləq bağlılığı vardır. Hamısı da müsəlmanların çoxluq təşkil etdiyi ölkələr...

Samir

Digər xəbərlər