Rusiyanın B.B.Qorodovik adına Kalmık Dövlət Unversititetində Ulu Öndər Heydər Əliyevin anım və 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə tədbir keçirilib.
Ulu Öndərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsindən sonra çıxış edən Rusiya Azərbaycanlı Gənclər Təşkilatının Kalmıkiya filialının sədri Fərhad Fərhadov, təşkilatın sədr müavini, Yeni Azərbaycan Partiyasının fəal gənci Namiq Muradov və başqaları Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətinin və xalqının həyatındakı misilsiz xidmətlərindən, tarixi missiyasından danışıblar. Qeyd edilib ki, bu gün Azərbaycanda uğurlu gənclər siyasəti həyata keçirilir. Məhz bu siyasətin əsasını Ulu Öndər Heydər Əliyev qoyub. Prezident İlham Əliyevin uğurla davam etdirdiyi gənclər siyasətinin nəticəsidir ki, hazırda azərbaycanlı gənclər respublikamızı dünya ölkələrində uğurla təmsil edirlər.
Sonra tələbələrə Azərbaycanla bağlı əlavə məlumatlar verilib, film nümayiş etdirilib, onların sualları cavablandırılıb.
Tədbirin sonunda Ulu Öndər Heydər Əliyevə və Azərbaycana həsr edilmiş kitab sərgisi nümayiş etdirilib.
Ü.ƏSGƏROV