PDF Oxu

Sosial

  • 884

"Xəmsə" rəsm müsabiqəsinə yekun vurulub

"Xəmsə" rəsm müsabiqəsinə yekun vurulub

Nizami rayonunda Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə 8-ci qrant müsabiqəsinin qalibi Əfsanə Sadıqovanın rəhbəri olduğu "Xəmsə" Rəsm Müsabiqəsi layihəsi keçirilib.

Tədbirdə çıxış edən Əfsanə Sadıqova bildirib ki, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin yaradıcılığı bütün dünyada tanınır. Nizami məktəbinin bir çox ardıcılları ölməz ustad kimi "Xəmsə" yaratmaq arzusunda olmuş, ancaq bu arzuya az şair çatıb.

YAP Nizami rayon təşkilatının aparat rəhbəri Ramil Vəlibəyov qeyd edib ki, Azərbaycan xalqı Nizami Gəncəvi yaradıcılığının bir növ sərvət kimi qorunub-saxlanılması kimi haqlı mövqedə mübarizə aparır. Bəzi ölkələrin bir qrup kütləvi informasiya vasitələri dahi Azərbaycan şairi Nizami Gəncəvini başqa xalqların şairi kimi qələmə verir. Bu iddianı əsassız sayan bir çox amillər mövcuddur. Nizami Gəncəvi yaradıcılığının Azərbaycana məxsus olmasını bəyan edən və eyni zamanda, bu işdə azərbaycanlı gənclərin iştirakını təmin edən sosial layihələrə ehtiyac duyulurdu.

Çıxışlardan sonra gənclər və yeniyetmələr arasında rəsm müsabiqəsinə start verilib, müsabiqənin şərtləri açıqlanıb.

Layihə çərçivəsində 30-dan artıq rəsm əsəri təqdim edilib. Təşkil olunmuş sərgi isə ictimaiyyət tərəfindən böyük maraqla qarşılanıb.

Sərgilərin keçirilməsindən sonra iştirakçıların mükafatlandırılması mərasimi olub. Layihə iştirakçılarına sertifikatlar, hədiyyələr və bütün rəsm əsərlərinin yer aldığı kataloqlar təqdim edilib.

RƏFİQƏ

Digər xəbərlər