Biləsuvar rayonunun Səmədabad kəndində ərazi ilk partiya təşkilatının hesabat yığıncağı keçirildi
Biləsuvar rayonunun Səmədabad kəndində Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatı Səmədabad ərazi ilk partiya təşkilatının hesabat-seçki yığıncağı keçirilib. Qəzetimizə daxil olan məlumata görə, iclasın gündəliyində 3 məsələ müzakirə edilib. Gündəlidkə duran birinci məsələ barədə Səmədabad ərazi ilk partiya təşkilatının sədri Aydın Bəşirov hesabat məruzəsi ilə çıxış edərək, ərazi ilk partiya təşkilatının keçən konfransdan bəri görülən işlərdən danışıb və qeyd edib ki, YAP-ın kənd əhalisi arasında böyük nüfuzu vardır. "Ərazi ilk partiya təşkilatı ötən hesabat-seçki yığıncağından bu günə qədər öz sıralarını daha da möhkəmləndirmiş və əsasən, gənclərin bu partiyaya üzv olmaları üçün təbliğat işi genişləndirmişdir"- deyə qeyd edən A.Bəşirovun əlavə etdiyinə görə, təsadüfi deyildir ki, təşkilatın üzvlərinin 40 faizini gənclər təşkil edir.
Yığıncaqda çıxış edən YAP Biləsuvar rayon təşkilatı idarə heyətinin üzvü Akif Kazımov Biləsuvar rayonunun inkiaşaf etmiş rayonlardan biri olduğunu qeyd edib. O, daha sonra bildirdi ki, ölkə Prezidenti İlham Əliyevin uğurla həyata keçirdiyi siyasi və iqtisadi islahatlar Biləsuvar rayonuna, eyni zamanda, Səmədabad kəndinə də öz təsirini göstərmişdir. Natiq daha sonra qeyd etmişdir ki, Yeni Azərbaycan Partiyasının Proqram və Nizamnaməsini əlində rəhbər tutan rayon təşkilatı partiyanın aparıcı rolunu daha da yüksəldilməsinə bundan sonra da daha əzimlə səy göstərəcəkdir.
Hesabat-seçki yığıncağında çıxış edən partiya üzvlərindən Kamal Teymurov, Əlislam Orucov və başqaları ərazi ilk partiya təşkilatının ötən dövr ərzindəki fəaliyyətini qənaətbəxş qiymətləndirdilər.
Hesabat-seçki yığıncağında Aydın Bəşirov yenidən Səmədabad ərazi ilk partiya təşkilatının sədri seçilmişdir. Eyni zamanda, təşkilatın sədr müavinləri və idarə heyətinin üzvləri seçilmişdir. Həmçinin, yığıcağda YAP Biləsuvar rayon təşkilatının konfransına 5 nəfər nümayəndə seçilmişdir.
RƏFİQƏ HÜSEYNOVA