PDF Oxu

Sosial

  • 855

Şəmkirdə YAP-ın IX konfransına hazırlıqla bağlı işlər davam etdirilir

Şəmkirdə YAP-ın IX konfransına hazırlıqla bağlı işlər davam etdirilir

Yeni Azərbaycan Partiyası Şəmkir rayon təşkilatının IX konfransına hazırlıqla əlaqədar 25 dekabr 2016-cı il tarixində keçirilmiş rayon təşkilatı Şurasının iclasının qərarına əsasən, ilk partiya təşkilatlarında hesabat-seçki yığıncaqlarının keçirilməsi davam etdirlir.

Bununla bağlı Şəmkir rayon Suvarma Sistemləri İdarəsi ilk partiya təşkilatında hesabat-seçki yığıncağı keçirilib. Yığıncaqda 3 məsələ müzakirə olunub.

İlk partiya təşkilatının sədri Sahib Quliyev hesabat məruzəsi ilə çıxış edərək, hesabat dövrü ərzində təşkilatın fəaliyyəti barəsində məlumat verib. İlk partiya təşkilatının fəaliyyəti yığıncaq iştırakçıları arasında qənaətbəxş hesab olunub. Sonra gündəlikdə duran digər məsələlər müzakirəyə çıxarılıb, yeni tərkib və YAP rayon təşkilatının konfransına nümayəndələr seçilib.

R.Hüseynova

Digər xəbərlər