PDF Oxu

Sosial

  • 845

YAP Səbail rayon təşkilatının XI Konfransına hazırlıq işlərinə start verilib

YAP Səbail rayon təşkilatının XI Konfransına hazırlıq işlərinə start verilib

10 yanvar 2017-ci il tarixində YAP Səbail rayon təşkilatının "Gənc Tamaşaçılar" ərazi ilk partiya təşkilatında hesabat-seçki yığıncağı keçirilib. Ərazi ilk partiya təşkilatının sədri Yasin Qarayev hesabat dövründə görülmüş işlər haqqında məruzə ilə çıxış edib. Qeyd olunub ki, hesabat dövrü ərzində partiya sıraları kəmiyyət və keyfiyyət cəhətdən, xüsusilə, gənclər hesabına artırılmışdır (partiya təşkilatında hazırda qeydiyyatda olan 52 nəfər partiya üzvünün əksəriyyəti gənclərdir) və təşkilat üzvləri rayon və respublika səviyyəsində keçirilən ictimai-siyasi tədbirlərdə fəal iştirak etmişlər.

Yığıncaqda çıxış edən ərazi ilk partiya təşkilatının idarə heyətinin üzvü Mübariz Həmidov, YAP Səbail rayon təşkilatının sədr müavini Əhliman Qarayev və başqaları "Gənc Tamaşaçılar" ərazi ilk partiya təşkilatının ötən dövr ərzindəki fəaliyyətini qənaətbəxş qiymətləndiriblər. Hesabat məruzəsi səsə qoyulub və yekdilliklə qəbul olunub.

Yığıncaqda "Gənc Tamaşaçılar" ərazi ilk partiya təşkilatının yeni idarə heyətinin üzvləri, sədri, sədr müavinləri, eləcə də, YAP Səbail rayon təşkilatının XI Konfransına ilk partiya təşkilatından nümayəndələr seçilib.

Rəfiqə HÜSEYNOVA

Digər xəbərlər