PDF Oxu

Sosial

  • 845

Çaylı ərazi ilk partiya təşkilatının hesabat-seçki yığıncağı keçirilmişdir

Çaylı ərazi ilk partiya təşkilatının hesabat-seçki yığıncağı keçirilmişdir

Dünən Biləsuvar rayonunun Çaylı kəndində YAP Biləsuvar rayon təşkilatı Çaylı ərazi ilk partiya təşkilatının hesabat-seçki yığıncağı keçirilmişdir. İclasın gündəliyinə 3 məsələ çıxarılaraq müzakirə edilmişdir. Gündəlidkə duran birinci məsələ barədə Çaylı ərazi ilk partiya təşkilatının sədri Tapdıq Mikayılov hesabat məruzəsi ilə çıxış etdi. Natiq Yeni Azərbaycan Partiyasının yaranmasında və inkişafında Ulu Öndər Heydər Əliyevin rolundan ətraflı məlumat verdi.Təşkilatın sədri məruzəsində ərazi ilk partiya təşkilatının keçən konfransdan bəri görülən işlərdən danışaraq, qeyd etmişdir ki, Yeni Azərbaycan Partiyasının kənd əhalisi arasında böyük nüfuzu vardır.Ərazi ilk partiya təşkilatı ötən hesabat-seçki yığıncağından bu günə qədər öz sıralarını daha da möhkəmləndirmiş və əsasən, gənclərin bu partiyaya üzv olması üçün təbliğatı işi genişləndirmişdir. Təsadüfi deyildir ki, təşkilatın üzvlərinin 30 faizini gənclər təşkil edir.

Yığıncaqda çıxış edən YAP Biləsuvar rayon təşkilatının aparat rəhbəri Əjdər Niftiyev Biləsuvar rayonunun inkiaşaf etmiş rayonlardan biri olduğunu qeyd etdi. Natiq daha sonra qeyd etdi ki, ölkə Prezidenti İlham Əliyevin uğurla həyata keçirdiyi siyasi və iqtisadi islahatlar Biləsuvar rayonuna, eyni zamanda, Çaylı kəndinə də öz təsirini göstərmişdir.Natiq daha sonra qeyd etmişdir ki, Yeni Azərbaycan Partiyasının Proqram və Nizamnaməsini əlində rəhbər tutan rayon təşkilatı partiyanın aparıcı rolunu daha da yüksəldilməsinə bundan sonra da daha əzimlə səy göstərəcəkdir.

Hesabat-seçki yığıncağında çıxış edən partiya fəallarından Camal Kərimov, Fazil Hüseynov, İradə Məmmədova və başqaları ərazi ilk partiya təşkilatının ötən dövr ərzindəki fəaliyyətini qənaətbəxş qiymətləndirdilər.

Hesabat-seçki yığıncağında təşkilata yeni sədr seçildi. Partiya üzvü Əliyev Rəşad Qurbanəli oğlu Çaylı ərazi ilk partiya təşkilatının sədri seçilmişdir. Eyni zamanda təşkilatın sədr müavinləri və idarə heyətinin üzvləri seçilmişdir. Həmçinin, yığıcağda YAP Biləsuvar rayon təşkilatının konfransına 4 nəfər nümayəndə seçilmişdir.

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər