PDF Oxu

Sosial

  • 1 027

İstiqlal Muzeyində "Keçmişi unutmayaq!" adlı sərgi-tədbir keçiriləcək

İstiqlal Muzeyində "Keçmişi unutmayaq!" adlı sərgi-tədbir keçiriləcək

Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin Sərəncamı ilə 20 Yanvar faciəsinin iyirmi yeddinci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planına əsasən, 2017-ci il yanvarın 18-də Azərbaycan İstiqlal Muzeyinin ekspozisiyasında "Keçmişi unutmayaq!" adlı sərgi-tədbir keçiriləcək.

1990-cı il yanvar ayının 19-dan 20-nə keçən gecə keçmiş Sovet İttifaqının qoşun hissələri fövqəladə vəziyyət elan etmədən Bakı şəhərinə daxil olmuş və dinc əhaliyə divan tutmuşdur. Ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış xalq kütləvi terrora məruz qalmış, yüzlərlə günahsız insan qətlə yetirilmiş və yaralanmışdır.

Azərbaycan İstiqlal Muzeyi, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının nəzdində İncəsənət Kolleci və Maarifçilik Akademiyası ilə birgə təşkil olunmuş sərgidə həmin təhsil ocaqların tələbələrinin və yaşlı nəsil rəssamların 20 Yanvar faciəsini əks etdirən 40-a yaxın əsəri nümayiş olunacaq.

Tədbirdə Azərbaycan İstiqlal Muzeyinin direktoru Fəridə Şəmsinin, Azərbaycan Rəssamlar İttifaqının katibi, xalq rəssamı, professor Ağəli İbrahimovun, 20 Yanvar şəhidi Nüsrət Yaqubovun həyat yoldaşı Dilşad Yaqubovanın çıxışları və Azərbaycan Respublikası Təhsil Alan Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin nümayəndələri tərəfindən hazırlanmış kompozisiyanın nümayişi nəzərdə tutulub.

Tədbirdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının nəzdində İncəsənət Kollecinin, Maarifçilik Akademiyasının tələbələri, rəssamlar, Sərhəd Qoşunların, Hərbi-Dəniz Qüvvələrin şəxsi heyəti, Milli Qvardiyanın əsgərləri və digər qonaqlar iştirak edəcəklər.

ZÜMRÜD

Digər xəbərlər