PDF Oxu

Sosial

  • 1 432

YAP Göygöl rayon təşkilatı ərazi ilk partiya təşkilatlarında hesabat-seçki yığıncaqları keçirib

YAP Göygöl rayon təşkilatı ərazi ilk partiya təşkilatlarında hesabat-seçki yığıncaqları keçirib

Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının XI Konfransına hazırlıq işlərinə start verilib. Rayon təşkilatından "SƏS" qəzetinə daxil olan məlumata görə, əvvəlcə rayon təşkilatı şurasının iclasında konfransa nümayəndələrin müəyyənləşdirilməsi üçün ilk partiya təşkilatlarında hesabat-seçki yığıncaqlarının keçirilməsi üzrə qrafik, eyni zamanda, konfransa hazırlıq işlərini həyata keçirən məsul şəxslərin siyahısı təsdiq edilib. Qrafikə uyğun olaraq, rayon təşkilatının ilk partiya təşkilarında yığıncaqların keçirilməsinə və konfransa nümayəndələrin müəyyənləşdirilməsinə başlanıb.

YAP Göygöl rayon təşkilatının, Sarısu, Quşçu, Qarabulaq, Çaykənd, Toğanalı kənd tam orta məktəbləri və Çaykənd qızıl balıq artırma zavodu ərazi ilk partiya təşkilatlarında hesabat-seçki iclası keçirilib. Yığıncaqda ərazi ilk partiya təşkilatlarında yeni idarə heyətinin üzvləri, sədrləri, sədr muavinləri, eləcə də, YAP Göygöl rayon təşkilatının XI Konfransına nümayəndələr seçilib. Hal-hazırda bu istiqamətlərdə işlər davam etdirilir.

R.NURƏDDİNOĞLU

Digər xəbərlər