Dünən Yeni Azərbaycan Partiyası Yevlax rayon təşkilatı "Bələdiyyə", "Statistika" və "Yol idarəsi" məhəlli ilk partiya təşkilatlarında yığıncaqlar keçirilib. Rayon təşkilatından qəzetimizə verilən məlumata görə, tədbirdə təşkilat sədirləri Elmi Səfərərliyev, Elçin Məmmədov və Namiq Məmmədov Yeni Azərbaycan Partiyasının, Azərbaycanın inkişafı və çiçəklənməsində rolu, Ümummilli Lider Heydər Əliyevin əvəzsiz xidmətlərindən geniş söhbət açıblar. Məhəlli ilk partiya təşkilatının fəaliyyəti haqqında məruzə ilə çıxış edərək, təşkilatın işi haqqında ətraflı məlumat veriblər.
Diqqətə çatdırılıb ki, hazırda müəssisədə partiya həmfikirlərinin əksəriyyəti gənclərdir. YAP Yevlax rayon təşkilatının keçirdiyi tədbirlərdə və siyasi aksiyalarda böyük həvəslə aktivlik göstərilir.
"Ötən dövrə nəzər salanda, görürük ki, Yeni Azərbaycan Partiyasının V Qurultayında əhəmiyyətli əlavələr və bir sıra dəyişikliklərlə qəbul olunmuş partiya proqramının bütün müddəaları və bu müdəalardan irəli gələn vəzifələr ölkəmizin başçısı İlham Əliyevin apardığı daxili və xarici siyasət, vətənimizin müdafiə qüdrətinin möhkəmləndirilməsi, beynəlxalq faydalı əməkdaşlıq və s. sahələrdə özünün parlaq əksini tapmışdır. Ötən zaman ərzində qazanılan uğurlar və nailiyyətlər göstərir ki, onların qazanılmasına böyük siyasi uzaqgörənlik və gərgin əmək sərf olunmuşdur"-deyə fikirlərdə vurğulanıb.
Hesabat-seçki yığıncağında YAP Yevlax rayon təşkilatının aparat rəhbəri Əli Quliyev, Baş təlimatçı Vidadi Qarayev və digərləri çıxış edərək, görülən işləri qənaətbəxş hesab edərək, ərazi ilk partiya təşkilatlarına işlərində uğurlar arzulayıblar.
Rövşən RƏSULOV