PDF Oxu

Sosial

  • 1 063

Ağcabədidə 20 Yanvar faciəsinin 27-ci ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilib

Ağcabədidə 20 Yanvar faciəsinin 27-ci ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilib

YAP Ağcabədi rayon təşkilatının qadınlar şurası, gənclər birliyi, Mərkəzi Kitabxana Sistemi və təhsil müəssisələrinin birgə təşkilatçılığı ilə rayonun bir sıra müəssisə, təşkilat və yaşayış məntəqələrində silsilə tədbirlər keçirilib. Layihə çərçivəsində yekun tədbir YAP Ağcabədi rayon təşkilatının inzibati binasının iclas zalında reallaşıb. Öncə Azərbaycan Dövlət Himni səsləndirilib və sonra şəhidlərin xatirəsi bir dəqəqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan YAP Ağcabədi rayon təşkilatının sədr müavini, aparat rəhbəri Nazim Bünyatov bildirib ki, 20 Yanvar faciəsi xalqımızın tarixinə həkk olunan ən qanlı faciələrdəndir. Keçmiş sovet imperiyası ordusu qarşısına silahsız, əliyalın çıxaraq canlarından keçən 20 Yanvar şəhidləri müasir tariximizin qəhrəmanlarıdır. O zaman yalnız Ümummilli Liderimiz Heydər Əliyev bütün çətinliklərə baxmayaraq, Azərbaycanın Moskvadakı nümayəndəliyinə gedib və SSRİ rəhbərliyinin törətdiyi bu cinayəti qətiyyətlə ittiham edərək, bəyanatla çıxış edib. Bu faciəyə ilk hüquqi qiymət də məhz Ulu Öndər Heydər Əliyev tərəfindən verilib.

Tədbirdə rayon Mərkəzi Kitabxana Sisteminin informasiya və resurs şöbəsinin müdiri Gülşən Quliyeva, Hindarx qəsəbə kitabxanasının müdiri Vəsilə Məmmədova, YAP Ağcabədi rayon təşkilatı qadınlar şurasının üzvü Nərminə Əkbərova, YAP Ağcabədi rayon təşkilatı sədrinin müavini Eldəniz Qənbərov, Heydər Əliyev Mərkəzinin direktoru, YAP Ağcabədi rayon təşkilatı gənclər birliyinin sədr müavini Məhsəti Ağayeva, rayon icra hakimiyyəti aparatının məsul işçisi Ceyhun Məmmədov, YAP Ağcabədi rayon təşkilatı qadınlar şurasının sədri Radə Qafarova çıxış edərək, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet imperiyası tərəfindən Azərbaycanda kommunist rejimini saxlamaq, milli azadlıq hərəkatını boğmaq, xalqın torpaq uğrunda mübarizliyini sındırmaq məqsədi ilə Bakıya xüsusi hərbi birləşmələr və zirehli texnikaların yeridildiyini qeyd ediblər. Vurğulanıb ki, ölkəmizin azadlığı uğrunda küçələrə çıxan geniş xalq kütləsinə, silahsız, dinc əhaliyə qarşı xüsusi qəddarlıqla hərbi əməliyyat keçirildiyini, yalnız Bakıda 131 mülki şəxs amansızcasına öldürülmüş, 600-dən çox insan yaralanmışdır. Qanlı Yanvar faciəsinə yalnız Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin ölkəyə rəhbərliyi dövründə hüquqi-siyasi qiymət verildiyini vurğulanıb.

Çıxışlarda Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində həmin günün o qədər də uzaqda olmadığı səsləndirilib.

ZÜMRÜD

Digər xəbərlər