PDF Oxu

Sosial

  • 874

"Bu siyasətin alternativi yoxdur"

"Bu siyasətin alternativi yoxdur"

YAP Xızı rayon təşkilatı Şurabad qəsəbə ilk partiya təşkilatında hesabat - seçki yığıncagı keçirilib

Dünən YAP Xızı rayon təşkilatı Şurabad qəsəbə ilk partiya təşkilatında hesabat - seçki yığıncagı keçirilib. Şurabad qəsəbə ilk partiya təşkilatının sədri Z.Zeynallı hesabat məruzəsi ilə çıxış edərək, hesabat dövründə görülən işlərdən, partiya üzvlərinin rayonun ictimai-siyasi həyatında oynadıqları aktiv fəliyyətlərindən danışıb. Bildirib ki, cəmiyyətin əsas aparıcı avanqardı olan Yeni Azərbaycan Partiyasına qəsəbə üzrə üzv olanların sayında da artım müşahidə olunub. Z.Zeynalovun sözlərinə görə, YAP-a üzv olanların əsas hissəsini gənclərin təşkil etməsi bu partiyaya olan böyük inamın, etibarın nəticəsidir. Məruzə ətrafında çıxış edən partiya üzvlərindən X.Həşimzadə, H.Şəfiyev, İ. İsgəndərov və M.Qarayeva keçən müddət ərzində görülən işlərdən danışıb, ölkə Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin aprdığı daxili və xarici siyasəti, birmənalı şəkildə, dəstəklədiklərini bildirdilər. Çıxış edənlər ilk partiya təşkilatı sədrinin məruzəsini qənaətbəxş hesab ediblər.

Çıxışlardan sonra təşkilati məsələlərə baxılıb. 5 nəfərdən ibarət idarə heyətinin tərkibi, Zaur Zeynallı isə yenidən YAP Xızı rayon təşkilatının Şurabad qəsəbə ilk partiya təşkilatının sədri, Xatirə Həşimzadə isə ilk partiya təşkilatının sədr müavini seçiliblər. Eyni zamanda, YAP Xızı rayon təşkilatının VIII konfransına 13 nəfər nümayəndə seçilib.

Hesabat - seçki yığıncagında YAP Xızı rayon təşkilatının sədri F.Haqverdiyev çıxış edərək, ərazi ilk partiya təşkilatın yeni seçilən tərkibinə tövsiyyələrini vermiş, onlara partiya fəaliyyətlərində uğurlar arzulamışdır.

Rəfiqə

Digər xəbərlər