PDF Oxu

Sosial

  • 858

Avropa Azərbaycanlıları Konqresinin ictimaiyyətə müraciət qəbul edib

Avropa Azərbaycanlıları Konqresinin ictimaiyyətə müraciət qəbul edib

Avropa Azərbaycanlıları Konqresinin 20 Yanvar faciəsi ilə bağlı Avropa Parlamentinə, Almaniya əyalət parlamentlərinə göndərdiyi müraciətdə Azərbaycan xalqının tarixinə "Qara Yanvar" kimi daxil olmuş hadisələr haqqında məlumat verilir və hər il faciə qurbanlarının Azərbaycanda və dünyada yaşayan azərbaycanlılar tərəfindən yad edildiyi bildirilir.

Diasporla İş üzrə Dövlət Komitəsindən "Səs" qəzetinə verilən məlumata istinadən, müraciətdə Azərbaycanın müstəqilliyinin yenidən bərpası uğrunda 1988-ci ildən 1990-cı ilə qədər aparılan mübarizə, sovet rejiminin amansız qəddarlıqla buna qarşı çıxması haqqında geniş məlumat verilir və 1990-cı il yanvarın 19-da SSRİ-nin o vaxtkı rəhbəri Mixail Qorbaçov tərəfindən 66 minlik ordunun Bakıya göndərildiyi qeyd edilir. Müraciətdə yanvarın 20-nə keçən gecə sovet ordusunun silahsız, dinc əhaliyə hücumu nəticəsində yüzlərlə insanın qətlə yetirildiyi, yaralandığı və itkin düşdüyü təəssüflə vurğulanır.

Qeyd edək ki, AAK-nın rəhbəri Samira Patzer-İsmailova Köln şəhərindəki Şərqi Avropa Forumunun direktoru xanım Valeri Hahn ilə də görüşüb. Sovet ölkələrinin siyasi tarixi və müasir dövrdəki inkişafına dair araşdırmalar aparan bu forum Şərq-Qərb münasibətlərinin mövzularına dair mühazirələr təşkil edir, tarixi həqiqətlərin açıqlanmasına yardım edir. Valeri Hahn söhbət əsnasında hadisələr haqqında ilk dəfə dəqiq və ətraflı məlumat aldığını etiraf edib, sənədlərlə tanış olaraq, 20 Yanvar faciəsinə Avropa məkanında lazımı diqqət ayrılmadığını bildirib. Görüşün sonunda forum direktoru gələcək fəaliyyətlərində 20 Yanvar mövzusunun tədbirlər proqramına daxil edilməsini təklif edib.

NƏZAKƏT

Digər xəbərlər