YAP Ağdam rayon təşkilatının X konfransına hazırlıqla əlaqədar ərazi ilk partiya təşkilatlarında hesabat-seçki yığıncaqları davam etməkdədir. Növbəti yığıncaq Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatı Musiqi Kolleci ərazi ilk partiya təşkilatında keçirilib.
Tədbirdə çıxış edən ərazi ilk partiya təşkilatının sədri Laura Ağayeva hesabat məruzəsi ilə çıxış edərək, təşkilatın fəaliyyəti barəsində geniş məlumat verib. Sonra L.Ağayeva Yeni Azərbaycan Partiyasının Azərbaycanın inkişafı və çiçəklənməsində rolundan, Ümummilli Lider Heydər Əliyevin əvəzsiz xidmətlərindən danışıb.
Yığıncaqda Yeni Azərbaycan Partiyası Ağdam rayon Musiqi Kolleci ərazi ilk partiya təşkilatının fəaliyyəti yüksək qiymətləndirilmiş və təşkilati məsələlərə baxılarkən ərazi ilk partiya təşkilatına yenidən sədr Laura Ağayeva, müavinləri Adil Məmmədov, Ülviyyə Əliyeva, 7 nəfərdən ibarət idarə heyəti və Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatının X konfransına isə 13 nəfər nümayəndə seçilib.
ZÜMRÜD