PDF Oxu

Sosial

  • 1 019

"SƏS" kənar müəllifləri mükafatlandırdı

"SƏS" kənar müəllifləri mükafatlandırdı

"SƏS" qəzetinin nəşrə başlamasının 26-cı ildönümü münasibətilə redaksiya heyətinin ümumi yığıncağı keçirilib. Yığıncaqda çıxış edən "SƏS" qəzetinin Baş redaktoru Bəhruz Quliyev bildirib ki, müstəqil Azərbaycanın mətbuat tarixində ilk qaranquşlardan biri "SƏS" qəzetidir: "Bu qəzet fəaliyyətə başlayanda tribunaya, düz sözə ehitayc var idi. Dövlətimiz və millətimiz üçün ağır olan bir zamanda "SƏS" qəzeti fəaliyyətə başlayaraq, cəmiyyətin güzgüsünə çevrildi. Həmin dövrdə Ulu Öndər Heydər Əliyevin fikirlərini və ideyalarını xalqa çatdırmaq lazım idi. "SƏS" qəzeti, məhz bu işin öhdəsindən məharətlə gəlirdi. Bu baxımdan, "SƏS" qəzeti böyük tarixi yol keçib. Bu gün də bu qəzet dövlətçiliyimizə yorulmadan xidmət edir və milli mətbuatımızın inkişafına öz layiqli töhfələrini verib. Biz həm də kənar müəlliflərə şərait yaradırıq ki, elmi, publisistik, ictimai-siyasi, fəlsəfi əsərlərini və məqalələrini qəzetimizdə dərc etdirsinlər".

Yığıncaqda, həmçinin, 2016-cı ildə "SƏS" qəzetində kənar müəlliflərin dərc edilmiş ən yaxşı bədii-publisistik əsərlərinin də mükafatlandırılması qərara alınıb. Ekspertlərin rəyinə əsasən, 1-ci yerə şair Ramiq Muxtarın "Mənim oyaq yuxularım", 2-ci yerə tarix elmləri namizədi Firudin Cümşdülünün "Ulu Öndər Heydər Əliyevin müdrik siyasəti daim Azərbaycanın milli mənafelərinə xidmət etmişdir", 3-cü yerə isə fəlsəfə üzrə fəlsəfə doktoru Sona Həmidovanın "İrəvanda xal qalmadı" bədii-publisistik əsərləri layiq görülüb.

Samir

Digər xəbərlər