Qəbulda Qubadlı və Zəngilan rayonlarından olan məcburi köçkünlər iştirak edə biləcəklər
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu davam edir.
Bununla bağlı "SƏS"ə daxil olan məlumata görə, Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı yanvarın 31-də Abşeron rayonunda vətəndaşları qəbul edəcək.
Dövlət Qurumunun rəsmi məlumatına görə, qəbulda Abşeron, Sumqayıt, Xızı şəhər və rayonlarının sakinləri, eləcə də bu şəhər və rayonlarda məskunlaşmış Qubadlı və Zəngilan rayonlarından olan məcburi köçkünlər iştirak edə bilərlər.
Qeyd olunur ki, qəbul Xırdalan şəhər Heydər Əliyev Mərkəzində (ünvan: Xırdalan şəhəri, Qalibiyyə küç, H.Əliyev Parkı ) saat 10:00-da keçiriləcək.
DQİDK-dan bildirilib ki, qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Sumqayıt bölgəsi üzrə şöbəsinə müraciət etmələri xahiş olunur.
RÖVŞƏN