PDF Oxu

Sosial

  • 1 127

YAP Ağdam rayon təşkilatının X konfransına hazırlıq davam edir

YAP Ağdam rayon təşkilatının X konfransına hazırlıq davam edir

Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatının X konfransına hazırlıqla əlaqədar rayon Telekommunikasiya Qovşağı ərazi ilk partiya təşkilatında hesabat-seçki yığıncağı keçirilib.Yığıncaqda 3 məsələ müzakirə edilib.

İlk partiya təşkilatın sədri Hünbət Mustafayev hesabat məruzəsi ilə çıxış edərək, ilk təşkilatının fəaliyyəti barədə geniş məlumat verib. Yeni Azərbaycan Partiyası Ağdam rayon Telekommunikasiya Qovşağı ərazi ilk partiya təşkilatının fəaliyyəti yüksək qiymətləndirilmişdir. Çıxışlarda ilk partiya təşkilatının hesabatı qənaətbəxş qiymətləndirilmişdir. Daha sonra təşkilati məsələlərə baxılmışdır. Ərazi ilk partiya təşkilatına Hünbət Mustafayev yenidən sədr, müavin Samir Məmmədov və YAP Ağdam rayon təşkilatının X konfransına isə 1 nəfər nümayəndə seçilib.

Növbəti hesabat-seçki yığıncağı Yeni Azərbaycan Partiyası Ağdam rayon Bənövşələr qəsəbə ərazi ilk partiya təşkilatında keçirilib. Yığıncaqda 3 məsələ müzakirəyə çıxarılıb.

Ərazi ilk partiya təşkilatının sədri Təvəkkül Rüstəmov hesabat məruzəsi ilə çıxış edərək, təşkilatın fəaliyyəti barədə geniş məlumat verib. Çıxış edənlər hesabat məruzəsini qənaətbəxş hesab etdiklərini bildirmişlər. Sonra təşkilati məsələlərə baxılaraq, ərazi ilk partiya təşkilatının sədri Təvəkkül Rüstəmov, müavinləri Anar Həsənov, İlyas Abışov, 7 nəfərdən ibarət idarə heyəti və Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatının X konfransına isə 3 nəfər nümayəndə seçilib.

ZÜMRÜD

Digər xəbərlər