Fransa Konstitusiya Məhkəməsi 1915-ci il hadisələrinə dair erməni iddialarını da əhatə edən "Bəzi cinayətlərin inkar edilməsinin kriminallaşdırılmasına dair qanun"u ləğv edib. Qərarda mövcud qanunvericiliyin fonunda nifrətin daha da alovlandırılmasının lazımsız olduğu vurğulanıb: "Bu qanun cinayət təşkil etməyən hadisələrə görə cəzalandırmaya yol açır. Eyni zamanda, qanun tarixçilər tərəfindən araşdırılması tələb olunan hadisə ilə bağlı hər hansı ifadənin qanuni olub-olmaması məsələsində qeyri-müəyyənliyə səbəb olur. Bu səbəbdən, qeyd olunan qanun söz azadlığına bir zərbədir".
Məlumat üçün qeyd edək ki, qanuna əsasən, uydurma "erməni soyqırımı"nı inkar edən şəxslərə qarşı 45 min avro məbləğində cərimə və ya 1 il müddətinə azadlıqdan məhrumedilmə cəza tədbirinin tətbiq edilməsi nəzərdə tutulurdu. Sözügedən qanun 2011-ci il dekabrın 22-də qəbul olunmuşdu. Qanunun Fransa parlamentində qəbul olunması Türkiyə və Fransadakı türk cəmiyyətinin sərt reaksiyasına səbəb olmuşdu. Türk dərnəklərinin müvafiq müraciəti əsasında qanun yekun qərarın qəbul olunması üçün Konstitusiya Məhkəməsinə göndərilmişdi.
Samir