"Əsgər Xanəli Fəttayev şəhid olmayıb, intihar edib"
Yanvarın 29-da Azərbaycan Ordusunun əsgəri Fəttayev Xanəli Qəribəli oğlu ölümü ilə bağlı AXCP funksionerlərinin sosial şəbəkələrdə, eləcə də, "Azadlıq.info" saytında yaydığı yalan xəbərlər ifşa olundu. Bu, ilk dəfə müşahidə olunan hal deyil. Dəfələrlə olub ki, "Azadlıq.info" Azərbaycan Ordusu və zabitlərimiz haqqında hədyan dolu fikirlər yayıb, ancaq bir müddət sonra yayılan xəbərlər təsdiqini tapmayıb. Bu cür dezinformasiyalar rəsmi qurumlar tərəfindən ifşa olunub və məsələnin əsl mahiyyəti ictimaiyyətə açıqlanıb. Bu dəfə də belə oldu. Daim öz anti-Azərbaycan mövqeyi ilə seçilən şəxslərin, radikal müxalifətin nəzarətində olan medianın ordumuzun əsgəri Fəttayev Xanəli Qəribəli oğlunun ölümü ilə bağlı sosial şəbəkələrdə statuslar paylaşıb, bunu Azərbaycan Silahlı Qüvvəllərinin "zəif"liyi kimi qələmə verməsi etirazlara səbəb olub. Hətta müxalifətin "Meydan TV
", "Hamam Times", "Azadlıq" qəzeti heç bir araşdırma aparmadan, rəsmi qurumların mövqeyini öyrənmədən dünyasını dəyişmiş əsgərimizin guya düşmən gülləsindən şəhid olduğunu iddia edirdilər.
Lakin Müdafiə Nazirliyi yayılan dezinformasiyalara, radikal müxalifətçilərin Fəttayev Xanəli Qəribəli oğlunun ölümü ilə bağlı yaydığı yalanlara cavab verərək, onların iddialarını ifşa edib: "Yanvarın 29-da silahlı qüvvələrin hərbi qulluqçusu əsgər Fəttayev Xanəli Qəribəli oğlunun düşmən tərəfindən açılan atəş nəticəsində həlak olması barədə yayılan məlumatlar həqiqətə uyğun deyil. Hərbi qulluqçu qeyri-döyüş şəraitində, özünəqəsd nəticəsində həlak olub. İlkin araşdırmalar göstərdi ki, intiharın xidməti fəaliyyətlə əlaqəsi aşkar edilməyib. Faktla bağlı Hərbi Prokurorluq tərəfindən cinayət işi başlanılıb, araşdırma aparılır. Eyni zamanda, sosial şəbəkə istifadəçilərini və elektron kütləvi informasiya vasitələrini silahlı qüvvələrin fəaliyyəti, xüsusilə, cəbhə bölgəsində baş verən hadisələrlə bağlı dəqiqləşdirilməmiş, qeyri-rəsmi məlumatları yaymamaları barədə növbəti dəfə xəbərdar edirik".
Samir