PDF Oxu

Sosial

  • 1 043

"SEAB-2017. Avrasiyada Biomüxtəliflik" mövzusunda Beynəlxalq Simpozium keçiriləcək

"SEAB-2017. Avrasiyada Biomüxtəliflik" mövzusunda Beynəlxalq Simpozium keçiriləcək

Cari ilin 5-8 iyul tarixində Belarusun Minsk şəhərində "SEAB-2017. Avrasiyada Biomüxtəliflik" mövzusunda beynəlxalq simpozium keçiriləcək.

Beynəlxalq tədbir AMEA-nın Dendrologiya İnstitutu, Türkiyənin Pamukkale Universiteti, Belarus Dövlət Universiteti, Al-Farabi Qazaxıstan Milli Universiteti, Qazaxıstan Bitki Biologiya və Biotexnologiya İnstitutu, Qazaxıstan Respublikası Təhsil və Elm Nazirliyinin Elm Komitəsi və Rusiya Dövlət Aqrar Universitetinin birgə təşkilatçılığı ilə gerçəkləşəcək.

Əsas məqsəd Avrasiyada elm adamlarının, ekoloqların, vətəndaş cəmiyyəti qruplarının, yerli və xarici cəmiyyət icmalarının bir araya gələrək fikir mübadiləsi, müzakirələr aparmasına şərait yaratmaqdır. Simpozumda Avrasiyada biomüxtəlifliyin mövcud vəziyyəti, platforma şəklində zəngin biomüxtəlifliyin qorunması mövzuları əsas müzakirə obyekti olacaq.

Tədbirdə 100-dən artıq alim və mütəxəssis təqdimatla çıxış edəcək. Seçilmiş mövzular impakt faktorlu IJSM jurnalında "Avrasiyada biomüxtəliflik" simpoziumu adı altında dərc olunacaq. Simpozium çərçivəsində muzeylərə, dendroloji parklara səyahətlərin təşkili də nəzərdə tutulur.

"SEAB-2017.Avrasiyada Biomüxtəliflik" simpoziumun həmsədrləri - AMEA-nın müxbir üzvü, professor Tofiq Məmmədov (Dendrologiya İnstitutu, Azərbaycan), Ramazan Məmmədov (Pamukkale Universiteti,Türkiyə), Boladxan Zayadxan ( Al-Farabi Qazaxıstan Milli Universiteti, Qazaxıstan), Yelena Kalaşnikova (Rusiya Dövlət Aqrar Universiteti, Rusiya) və İqor Semakdır (Belarus Dövlət Universiteti, Belarus).

ZÜMRÜD

Digər xəbərlər