Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatı növbəti hesabat-seçki yığıncağlarını Qəçrəş, Alekseyevka, İqriq, Zizik ərazi ilk partiya təşkilatlarında keçirib. Qəçrəş ilk partiya təşkilatının sədri Hörmət Əlirzayev, Alekseyevka ilk partiya təşkilatının sədri İsa Əlixanlı, İqriq ilk partiya təşkilatının sədri Yaşar Baloğlanov, Zizik ilk partiya təşkilatının sədri Mehparə Osmanova hesabat məruzəsi ilə çıxış edərək Yeni Azərbaycan Partiyasının fəaliyyəti, inkişafı, ölkəmizin siyasi-ictimai həyatında rolundan danışıblar.
İlk partiya təşkilatlarının hesabat-seçki yığıncaqlarında iştirak edən YAP Quba rayon təşkilatının sədri Yusif Abidov çıxış edərək qeyd etdi ki, Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti son illər çox böyük uğurlar qazanıb, ölkəmizin iqtisadiyyatı yüksək sürətlə inkişaf edir.
Sonda ilk partiya təşkilatlarının yeni tərkibləri, o cümlədən, yuxarıda adları qeyd olunan ilk partiya sədrləri yenidən ərazi ilk partiya təşkilatlarına sədr seçiliblər.
NƏZAKƏT ƏLƏDDİNQIZI