PDF Oxu

Sosial

  • 1 291

Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatının hesabat-seçki yığıncaqları davam etməkdədir

Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatının hesabat-seçki yığıncaqları davam etməkdədir

Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatının X konfransına hazırlıqla əlaqədar növbəti hesabat-seçki yığıncağı rayon Sarıcalı kənd ərazi ilk partiya təşkilatında keçirilib. Yığıncaqda 3 məsələ müzakirə edilib.

Ərazi ilk partiya təşkilatının sədri Nizami Qarayev hesabat məruzəsi ilə çıxış edərək, təşkilatın fəaliyyəti barəsində geniş məlumat verib. Yeni Azərbaycan Partiyası Ağdam rayon Sarıcalı kənd ərazi ilk partiya təşkilatının fəaliyyəti yüksək qiymətləndirilmişdir, sonra Nizami Qarayev ərazi ilk partiya təşkilatına yenidən sədr, Tahir Məmmədov, Afiq Piriyev sədrin müavinləri, 9 nəfərdən ibarət idarə heyəti və Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatının X konfransına isə 5 nəfər nümayəndə seçilib.

Daha sonra növbəti hesabat-seçki yığıncağı Yeni Azərbaycan Partiyası Ağdam rayon, Xındırıstan kənd üzrə ərazi ilk partiya təşkilatında keçirilib.

Ərazi ilk partiya təşkilatının sədri Nazim Quliyev hesabat məruzəsi ilə çıxış edərək, təşkilatın fəaliyyəti barəsində geniş məlumat verib. Yeni Azərbaycan Partiyası Ağdam rayon Xındırıstan kənd ərazi ilk partiya təşkilatının fəaliyyəti qənaətbəxş hesab edilib. Sonra Nazim Quliyev ərazi ilk partiya təşkilatına yenidən sədr, İbrahim İmanov, Aybəniz Əliyeva sədrin müavinləri, 9 nəfərdən ibarət idarə heyəti və Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatının X konfransına isə 8 nəfər nümayəndə seçilib.

ZÜMRÜD

Digər xəbərlər