YAP Yevlax rayon təşkilatında hesabat-seçki yığıncaqları uğurla davam etdirilib
Yeni Azərbaycan Partiyası Yevlax rayon təşkilatı növbəti hesabat-seçki yığıncağlarını DSMF, Baytarlıq, ərazi ilk partiya təşkilatlarında keçirib. DSMF ilk partiya təşkilatının sədri Zərifə Əzizova, Baytarlıq ilk partiya təşkilatının sədri Vaqif Kərimov, hesabat məruzəsi ilə çıxış edərək, Yeni Azərbaycan Partiyasının ilk təşkilatda fəaliyyəti barədə hesabat verərək, YAP-ın ölkəmizin siyasi-ictimai həyatında rolundan danışdılar, qeyd etdilər ki, Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti son illər çox böyük uğurlar qazanıb, ölkəmizin iqtisadiyyatı yüksək sürətlə inkişaf edir. Bütün bu uğurlarda Yeni Azərbaycan Partiyasının və onun fəallarının payı vardır.
Hesabat-seçki yığıncağında YAP üzvlərindən S.Cabbarov, Y.Yusifli və digərləri çıxış edərək, ilk partiya təşkilatının işini qənaətbəxş qiymətləndiriblər. Sonda ilk partiya təşkilatlarının yeni tərkibləri, IX konfransa nümayəndələr o cümlədən, yuxarıda adları qeyd olunan ilk partiya təşkilati sədrləri yenidən ərazi ilk partiya təşkilatlarına sədr seçiliblər.
R.NURƏDDİNOĞLU