PDF Oxu

Sosial

  • 963

Seçkilər yaxınlaşdıqca Ermənistanda vəziyyət pisləşir

Seçkilər yaxınlaşdıqca Ermənistanda vəziyyət pisləşir

Məlum olduğu kimi, aprel ayının 2-də Ermənistanda parlament seçkiləri keçiriləcək. Parlament seçkilərinə getmək üçün təkcə iqtidarda deyil, müxalifətin özündə də böyük problemlər yaşanmaqdır. Belə ki, Ermənistanın iki sabiq nazirinin- Seyran Ohanyan və Vardan Oskanyan qarşıdan gələn parlament seçkilərinə birgə getmək üçün razılığa gəlsələr də, sonradan hər iki şəxs arasında ciddi problemlər yaşanıb, qarşıdurma erməni mətbuatında qarşılıqlı ittihamlarla müşahidə olunub. Ermənistanın "Jamanax" qəzetinin verdiyi məlumata görə, adları çəkilən şəxslər arasında vahid siyahının müəyyənləşməsi ilə bağlı ciddi münaqişə müşahidə olunur. Bu, əsasən, ciddi maliyyə böhranı ilə əlaqədardır. Hazırkı şəraitdə, demək olar ki, Ohanyanın ətrafı havadan asılı vəziyyətdə qalıb. Qəzet belə yazır ki, Ermənistanda vəziyyət o qədər ağırdır ki, nə müxalifət, nə də iqtidar öz seçki kampaniyasını qura bilmir. Əvvəla, ona görə ki, insanlar heç bir siyasi qüvvəyə inanmır. Digər tərəfdən, ölkədə hökm sürən ciddi maliyyə böhranı və Sarkisyan rejiminin yaratdığı problemlər müxalifətin təbliğatlarını yetərincə apara bilməməsinin səbəblərindən biridir. Hətta seçki ərəfəsində bir neçə sayt, qəzet bağlanmalı olub. Kriminal Sarkisyan rejiminin aprel seçkilərində zorakı üsullara əl atacağı istisna edilmir. Çünki bir neçə il öncə də, Sarkisyan çətin dilemma qarşısında qalmışdı və öz rəqibinə qarşı sui-qəsd planını reallaşdırmışdı. Hazırda Ermənistanda dərin iqtisadi böhranla yanaşı, həm də siyasi böhran yaşanır. Ölkənin iqtisadi dayaqları yoxdur və siyasi sabitliyə də nail olmaq mümkünsüz hala çevrilib.

Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin rəhbəri Mübariz Əhmədoğlunun sözlərinə görə, hazırda seçkilərin ən güclü iddiaçısı Qagik Sarukyan hesab olunur. Onun şansları hazırkı baş nazir Karen Karapetyanla müqayisə edilir: "Ona görə də nə, Ohanyanı, nə də Oskanyanın şanslarını Sarukyanla müqayisə etmək düzgün deyil. Siyahının dəqiqləşdirilməsinə gəlincə, Ermənistan kiçik ölkə olduğundan, parlament seçkilərində böyük məbləğ tələb olunmur. Sadəcə olaraq, seçicilərin pulla ələ alınması üçün külli miqdarda pul lazımdır. Yəni seçiciləri rüşvətlə ələ almaq istəyirlər. Hazırda Ermənistanda seçkiqabağı daha çox maliyyə və adam tapmaq məsləsi önəmlidir. Vaxtilə hakim komandada yer almış V.Oskanyan və S.Ohanyan siyasi gündəmdə qalmağa çalışır. Özünü ermənistanlıların lideri hesab edən O.Abramyanın seçkilər ərəfəsində qarabağlılar məsələsini qabartmağa və bu siyasi kartdan özünün siyasi rəqiblərinə qarşı istifadə etməyə çalışacağı da istisna olunmur".

Samir

Digər xəbərlər