Dünən YAP Qobustan rayon təşkilatı Qobustan rayon Mədəniyyət və turizm şöbəsi ərazi ilk partiya təşkilatında hesabat-seçki yığıncağı keçirilib. Tədbirdə ərazi ilk partiya təşkilatının sədri Soltan Şəhriyar hesabat məruzəsi ilə çıxış edərək, keçən konfransdan bu günədək görülən işlərdən danışıb.
YAP Qobustan rayon təşkilatının sədri Füzuli Gülaliyev 1992-ci ildən təsis edilmiş Yeni Azərbaycan Partiyasının ağır, çətin sınaqlardan uğurla çıxaraq Azərbaycan Respublikasının müstəqilliyini Ümummilli Liderimiz Heydər Əliyevin rəhbərliyi ilə qorunub- saxlanıldığını deyib. Bildirib ki, 2003-cü ildən Prezident İlham Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının sıralarının genişlənərək, 700 minə çatması xalqın inamının bariz nümunəsidir.
Məruzə ətrafında çıxış edən partiya fəallarından Zaur Cəfərov, Anar Əkbərov, Daşqın Ağayev, Cahangir Cahangirov və digərləri çıxış edərək ötən dövr ərzində ilk partiya təşkilatının işini qənaətbəxş qiymətləndiriblər.
Sonra təşkilati məslələrə baxılıb. Soltan Şəhriyarı yenidən Qobustan rayon Mədəniyyət və turizm şöbəsi ilk partiya təşkilatının sədr, həmçinin, YAP Qobustan rayon təşkilatının VII konfransına ərazi ilk partiya təşkilatından 18 nəfər nümayəndə seçilib.
Ü.ƏSGƏROV