PDF Oxu

Sosial

  • 4 287

Səbaildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 5 illiyi qeyd olunmuşdur

Səbaildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 5 illiyi qeyd olunmuşdur

Dünən Səbail rayon icra hakimiyyətində rayon rəhbərliyi, rayondakı idarə və təşkilatlarının, ictimaiyyətin, veteranların, gənclərin nümayəndələrinin və çağırışçiların iştirakı ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 5 illiyinə həsr olunmuş tədbir keçirilib.

İlk öncə, qonaqlar RİH-in foyesində Ümummilli Lider Heydər Əliyevin büstünü ziyarət edərək, önünə çiçək dəstələri düzüblər.

Sonra tədbir iştirakçıları Vətənimizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olmuş soydaşlarımızın xatirəsini 1 dəqiqəlik sükutla yad ediblər.

Tədbiri açan Səbail rayon icra hakimiyyəti başçısının müavini Eldar Ağayev çıxış edərək, bildirib ki, 2012-ci il fevralın 13-də Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yaradılıbdır.

Toplantıda çıxış edən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Səbail rayon idarəsinin rəisi, polkovnik Polad İbrahimov keçən 5 il ərzində Dövlət Xidməti və Səbail rayon idarəsi tərəfindən görülən işlər barədə məlumat verib.

Tədbirlə çıxış edən müharibə veteranları, şəhid ailəsi üzvləri, gənclər, təhsil işçiləri və başqaları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti əməkdaşlarını əlamətdar gün münasibəti ilə təbrik etmiş, onlara çətin və şərəfli işlərində uğurlar arzulamış, gələcəkdə də xidmət əməkdaşları ilə rayonun idarə, müəssisə, təşkilat və ictimaiyyət nümayəndələri arasında əməkdaşlığın daha sıx olacağını bildiriblər.

R.KAMALQIZI

Digər xəbərlər