PDF Oxu

Sosial

  • 1 320

YAP Suraxanı rayon təşkilatında ərazi ilk partiya təşkilarlarında hesabat-seçki yığıncaqları davam edir

YAP Suraxanı rayon təşkilatında ərazi ilk partiya təşkilarlarında hesabat-seçki yığıncaqları davam edir

Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının Zığ qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyində hesabat-seçki yığıncağı keçirilib.

Yığıncağı Zığ qəsəbə ərazi ilk partiya təşkilatının sədri Cəlaləddin Əhmədov açaraq, keçən konfransdan bu günədək görülmüş işlər barədə ətraflı məruzə edib. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə yaradılan Yeni Azərbaycan Partiyasının nüfuzundan və respublikamızın ictimai-siyasi həyatındakı avanqard rolundan geniş danışıb. O bildirib ki, ötən ildə dünyada və yaşadığımız bölgədə iqtisadi böhranın olmasına baxmayaraq, Azərbaycan öz inamlı inkişafını davam etdirmiş, xalqımız sülh və əmin-amanlıq şəraitində yaşamışdır. Bu inkişaf Zığ qəsəbəsinin də iqtisadi- sosial və mədəni həyatına öz müsbət təsirini göstərmişdir.

Yığncaqda çıxış edən partiya üzvləri Tehran Abdullayev, Vüsalə Mirzəyeva və Xanımgül Səfərova, qeyd etdilər ki, qəsəbənin, rayonun sosial-iqtisadi və ictimai həyatında fəal iştirak etməklə bərabər, partiya üzvlərimizin bir vəzifəsi də milli ideologiyamızın, maarifçiliyin, müstəqillik ideyalarımızın fəal daşıyıcısı və fəal təbliğatçısı olmaqdır.

Yığıncaqda iştirak edən YAP Suraxanı rayon təşkilatı idarə heyətinin üzvü Nazim Fətullayev qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyasının Azərbaycan Prezidenti, Yeni Azərbaycan Pariyasının Sədri İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində, ölkəmiz ən böyük zirvələri fəth edir.

Hesabat-seçki yığıncağı ərazi ilk partiya təşkilatının ötən ildəki fəaliyyətini qənaətəbəxş qiymətləndirib. Partiya üzvlərinin açıq səsverməsi ilə Cəlaləddin Əhmədov yenidən ilk partiya təşkilatının sədri seçilib. Daha sonra Zığ İnzibati ərazi dairəsi üzrə ilk partiya təşkilatından YAP Suraxanı rayon təşkilatının IX konfransına nümayəndə seçilib.

ZÜMRÜD

Digər xəbərlər