Yeni Azərbaycan Partiyası Siyəzən rayon təşkilatının VII konfransına hazırlıq məqsədilə rayon Mərkəzi Poliklinikası ərazi ilk təşkilatında hesabat-seçki yığıncağı keçirilib. Yığıncağı giriş sözü ilə rayon təşkilatının sədri Etibar Heydərov açaraq, bildirib ki, YAP-ın böyük nüfuza malik olması, məhz Dahi Şəxsiyyət Heydər Əliyevin, Onun layiqli davamçısı Prezident İlham Əliyevin adı ilə bağlıdır.
Sonra ərazi ilk partiya təşkilatının sədri Əhməd Quliyev hesabat məruzəsi ilə çıxış edərək, bildirib ki, rayon Mərkəzi Poliklinikasında 104 nəfər partiya üzvü çalışır.
Yığıncaqda partiya üzvlərindən T.Əzimova və Ə.Sadıqova çıxış edərək, hesabat məruzəsini qənaətbəxş hesab ediblər.
İclasın sonunda ərazi ilk partiya təşkilatının idarə heyətinin yeni tərkibi, sədr və müavinləri, rayon təşkilatının VII konfransına isə nümayəndələr seçilib.
ZÜMRÜD