YAP Biləsuvar rayon təşkilatında hesabat-seçki yığıncaqlarının keçirilməsi prosesi uğurla davam etdirilir
Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatında hesabat-seçki yığıncaqlarının keçirilməsi prosesi uğurla davam etdirilməkdədir. Növbəti yığıncaq 9 saylı Şəhər Ərazi ilk partiya təşkilatında baş tutub. İclasın gündəliyində 3 məsələ müzakirə edilib. Gündəlidkə duran birinci məsələ barədə 9 saylı Şəhər Ərazi ilk partiya təşkilatının sədri Hüseynağa Bəhmənov hesabat məruzəsi ilə çıxış edib.
Hesabat-seçki yığıncağında partiya fəallarından S.Xammədov, E.Quliyeva, R.Şəbiyev və başqaları çıxış edərək, 9 saylı Şəhər Ərazi ilk partiya təşkilatının ötən dövr ərzindəki fəaliyyətini qənaətbəxş qiymətləndiriblər.
Hesabat-seçki yığıncağında aparat rəhbəri Niftiyev Əjdər çıxış edərək, Yeni Azərbaycan Partiyasının beynəlxalq aləmdəki nüfuzundan və respublikada apardığı böyük əhəmiyyətli ictimai-siyasi işlərdən danışıb. Hüseynağa Bəhmənov yenidən 9 saylı Şəhər Ərazi ilk partiya təşkilatına sədr seçilib. Eyni zamanda, təşkilatın sədr, müavin və idarə heyətinin üzvləri seçilib.
Sonda YAP Biləsuvar rayon təşkilatının IX konfransına nümayəndələr seçilib.
Rəfiqə HÜSEYNOVA