PDF Oxu

Sosial

  • 1 395

Azərbaycan regionda və dünyada sülhün təminatçısı rolunu oynayır

Azərbaycan regionda və dünyada sülhün təminatçısı rolunu oynayır

Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı çərçivəsindəki bu amili, xüsusilə vurğulayıb

Rusiya və ABŞ silahlı qüvvələri baş qərargah rəislərinin Bakıda baş tutmuş görüşlərinin ardınca dünyanın bir çox siyasi analitik mərkəzləri, eləcə də, KİV-lər bu görüş ətrafında olduqca maraqlı məqamlara toxunurlar. Xüsusilə, qeyd edirlər ki, Azərbaycanın paytaxtı Bakı supergüclərin mərkəzi rolunu oynamaqla, yaxud görüş yerinin Bakı şəhərinin seçilməsi özü-özlüyünə bir faktoru ehtiva etməkdədir. O cümlədən, həm Rusiya, həm də ABŞ ali hərbi mərkəzlərinin istər görüşdən əvvəl, istərsə də görüşdən sonra verdikləri rəsmi bəyanatlarından da aydın olur ki, rəsmi Bakı beynəlxalq aləmdə siyasi platsdarm rolunu oynayır. Hər halda ABŞ və Rusiyanın ali hərbi kontingent rəhbərləri görüş məkanı kimi Bakını deyil, başqa bir ölkənin paytaxtını seçə bilərdilər. Lakin seçim dayanacağının, məhz Bakı olması Azərbaycanın regionda tutduğu mövqeyinin dünyada supergüclər tərəfindən yönəldilən siyasətə təkanverici güc olmasını kifayət qədər təsdiq edir.

Əsaslı mühüm amil burada Azərbaycan Prezidenti İlham Əliyevin beynəlxalq siyasi-diplomatik çevrələrdə sərgilədiyi liderlik xüsusiyyəti, o cümlədən, xarizmatik keyfiyyətləridir. Məhz bu nüans sözügedən məsələdə iki supergücün - Rusiya və ABŞ-ın ali hərbi mərkəzlərinin Bakı görüşü ətrafında gəldiyi razılaşmalarına qəti təkan vermişdir.

Rusiyanın və ABŞ-ın baş qərargah rəislərinin Bakıda görüşü Azərbaycanın əsas hərbi-siyasi birləşmələrdən bərabər uzaqlıqda yerləşməsi və hər iki ölkə ilə müsbət münasibətlərdə olması ilə izah olunur

Beləliklə, Bakı görüşündə dünyada cərəyan edən siyasi böhranlı vəziyyətin həlli istiqamətində fikir mübadilələri aparılaraq, mühüm qərarlar verildi və bu barədə Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Avrasiyada əməkdaşlıq və problemlər məsələlərinə həsr olunan panel-müzakirədə iştirak edərkən, vurğulayaıb. Prezident İlham Əliyev qeyd edib ki, Rusiyanın və ABŞ-ın baş qərargah rəislərinin Bakıda görüşü Azərbaycanın əsas hərbi-siyasi birləşmələrdən bərabər uzaqlıqda yerləşməsi və hər iki ölkə ilə müsbət münasibətlərdə olmasıyla izah olunur.

Dövlət başçımızın, məhz bu istiqamətdə qeyd etdiyi fikirləri, yəni Azərbaycanın iki supergüc ölkə ilə eyni münasibətdə olmasını vurğulaması həm də ölkəmizin beynəlxalq siyasi çevrələrdə yürütdüyü müstəqil siyasətinin bariz nümunəsidir.

Prezident İlham Əliyev: "Bakını seçmək qərarı bizim tərəfimizdən qəbul edilməmişdi, biz bu görüşə təşəbbüs etməmişik - bizə təklif etdilər, biz buna razılaşarıqmı? Niyə Azərbaycanı seçdilər? Mən özüm-özümə bu sualı verdim, amma Avrasiyanın xəritəsinə baxanda, anladım ki, ola bilər, bizim ölkəmiz onlar üçün yeganə variant idi"

Əlbəttə ki, rəsmi Bakının razılığı əsasında. Belə ki, bununla bağlı Prezident İlham Əliyev öz çıxışında da bildirib ki, Azərbaycan, həqiqətən də, Rusiya və ABŞ hərbçilərinin görüşə biləcəyi tək yer idi: "Bakını seçmək qərarı bizim tərəfimizdən qəbul edilməmişdi, biz bu görüşə təşəbbüs etməmişik - bizə təklif etdilər, biz buna razılaşarıqmı? Niyə Azərbaycanı seçdilər? Mən özüm-özümə bu sualı verdim, amma Avrasiyanın xəritəsinə baxanda, anladım ki, ola bilər, bizim ölkəmiz onlar üçün yeganə variant idi".

Göründüyü kimi, burada əsas amillərdən biri də Azərbaycanın dünya xəritəsində yerləşdiyi coğrafi məkandır ki, ölkəmiz dünyada siyasi, iqtisadi, hərbi və s. sahələrin uzlaşdığı barış nöqtəsi kimi qiymətləndirilir. Çünki Prezident İlham Əliyev dəfələrlə bəyanatlarında Azərbaycanın yalnız sülh tərəfdarı olmasını vurğulayıb və istər regionda, istərsə də dünyanın müxtəlif qaynar nöqtələrində sülhün bərqərar olması üçün təşəbbüskar rolunda çıxış edir.

"Bizim dünyada çox yaxşı nüfuzumuz var, bizim ölkəmizin ABŞ-la, Avropa ilə, qonşularımızla, Rusiya ilə qaydaya salınmış münasibətlərimiz var və onlardan hər biri bizə hörmət edir"

Ölkə başçısı qeyd edib ki, Azərbaycan NATO-nun və KTMT-nın üzvü deyil ancaq buna baxmayaraq, Azərbaycanın dünyanın siyasi arenasında kifayət qədər güclü nüfuzu formalaşıb. SİTAT: "Bizim dünyada çox yaxşı nüfuzumuz var, bizim ölkəmizin ABŞ-la, Avropa ilə, qonşularımızla, Rusiya ilə qaydaya salınmış münasibətlərimiz var və onlardan hər biri bizə hörmət edir".

Beləliklə, Azərbaycan dövləti sabitlik adası, sülh təşəbbüskarı rolunu öz üzərinə götürməklə, əslində, bununla dünyaya belə bir mesaj ünvanlayıb ki, ölkəmiz daim bu kimi təşəbbüslərdə öz öncüllüyünü qoruyub-saxlamaqda qətidir. Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Avrasiyada əməkdaşlıq və problemlər məsələlərinə həsr olunan panel-müzakirədə iştirak edərkən, bu barədə vurğulayaıb: "Sabitliyin amili kimi, Azərbaycanın rolu yalnız bizim regionumuzda deyil, həm də bütün dünyada qəbul edilir, bu, regional sabitliyə bizim töhfəmizdir".

Nəticədə, bir daha belə qənaətə gəlmək olar ki, Azərbaycan hazırda beynəlxalq və regional sabitlik və təhlükəsizliyə töhfə verən ən etibarlı tərəfdaşdır və ölkəmizin region və regiondan kənar ölkələr tərəfindən də, məhz bu cür qiymətləndirilməsi onun sülhün və təhlükəsizliyinin təminatçısı olduğunu isbatlamış olur.

Rövşən NURƏDDİNOĞLU

Digər xəbərlər