PDF Oxu

Sosial

  • 1 417

Yeni Azərbaycan Partiyası Siyəzən rayon təşkilatının hesabat-seçki yığıncağı keçirilib

Yeni Azərbaycan Partiyası Siyəzən rayon təşkilatının hesabat-seçki yığıncağı keçirilib

Yeni Azərbaycan Partiyası Siyəzən rayon təşkilatının VII konfransına hazırlıqla əlaqədar SOCAR XMQKİ ərazi ilk partiya təşkilatında hesabat-seçki yığıncağı keçirilib.

Tədbiri giriş sözü ilə rayon təşkilatının sədri Etibar Heydərov açaraq, partiyanın yaranma tarixindən, fəaliyyətindən, ölkənin və rayonun ictimai-siyasi həyatındakı rolundan danışıb. Tədbirdə ərazi partiya təşkilatının sədri Səbirə İbrahimova geniş hesabat məruzəsi ilə çıxış edərək, hesabat dövrü ərzində görülmüş işlərlə bağlı məlumat verib.

İclasda çıxış edən Siyəzən rayon təşkilatının aparat rəhbəri İxtiyar İsayev görülən işləri qənaətbəxş hesab edərək, ərazi ilk partiya təşkilatına işlərində uğurlar arzulayıb.

İclasda qəbul olunan qərara əsasən, ərazi ilk partiya təşkilatının idarə heyətinin üzvləri, Mircəlal Kazımzadə sədr, sədrin müavinləri, həmçinin, YAP Siyəzən rayon təşkilatının VII konfransına nümayəndələr seçilib.

Yığıncağın sonunda patiyaya yeni qəbul olunmuş üzvlərə vəsiqələr təqdim edilib.

NƏZAKƏT

Digər xəbərlər