Yeni Azərbaycan Partiyası Goranboy rayon təşkilatı IX konfransa hazırlıqla əlaqədar ilk partiya təşkilatlarında hesabat- seçki yığıncaqlarını uğurla davam etdirir. Növbəti belə bir yığıncaq rayon Mədəniyyət və Turizm şöbəsi ərazi YAP ilk partiya təşkilatında baş tutub. Yığıncaqda ilk partiya təşkilatının sədri Gündüz Hacıyev çıxış edərək Yeni Azərbaycan Partiyasının yaranma tarixindən və YAP-ın fəaliyyətindən danışıb.
G.Hacıyev qeyd edib ki, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə uğurlar davam etdirilir.
YAP rayon təşkilatının aparat rəhbəri Əzra Həşimova isə çıxışında qeyd edib ki, Azərbaycan xalqının mədəniyyəti hər zaman dünyada böyük hörmətlə qarşılanıb: "Bu mədəniyyətin qorunub- saxlanılmasında, tarixi irsin bərpasında, onun dünyada təbliğində Ümummilli Liderimiz Heydər Əliyevin rolu, müstəsna xidmətləri ilə müqayisəolunmazdır. Heydər Əliyevin şəxsiyyəti üçün mədəniyyət xalqın ən böyük sərvəti hesab olunur. 30 ildən artıq bir dövr ərzində Ulu Öndər Heydər Əliyev ölkə həyatının bütün sahələrində quruculuq və islahatların banisi kimi tarixə düşüb".
Tədbirdə Afaq Axundova,Vüqar Yusifov, Kazım İsmayılov da məruzə ətrafında çıxış edərək, ilk partiya təşkilatının fəaliyyətini qənaətbəxş hesab ediblər.
G.Hacıyev yenidən ilk partiya təşkilatının sədri seçilib.
Yığıncaqda 11 nəfərdən ibarət idarə heyəti, sədrin müavinləri və 15 nəfərdən ibarət YAP rayon təşkilatının IX konfransına nümayəndə seçilib.
Rövşən NURƏDDİNOĞLU