PDF Oxu

Sosial

  • 1 271

Xocalı- 25 il

Xocalı- 25 il

YAP Samux rayon təşkilatında Xocalı Soyqırımı anıldı

Dünən YAP Samux rayon təşkilatının təşkilatçılığı ilə Xocalı Soyqırımının 25-ci ildönümünə həsir olunmuş anım tədbiri keçirilib. Tədbir iştirakçıları ilk öncə, bir dəqiqəlik sükutla şəhidlərin xatirəsini yad ediblər.

Sonra YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov tədbiri açaraq, qeyd edib ki, tarixin müxtəlif dönəmlərində ermənilər tərəfindən soyqırımına məruz qalan Azərbaycan xalqı növbəti belə faciə ilə 1992-ci ilin qarlı qışında Xocalıda üzləşdi.

Anım mərasimində Xocalı sakini Faiq Həsənov həmin gecə xalqımıza qarşı törədilən qanlı terror aktının - Xocalı Soyqırımının canlı şahidi kimi xatirələrini tədbir iştirakçılarına çatdırıb.

Tədbirdə Qarayeri 1 saylı məktəb-liseyin müəllimi Kəmalə Mustafayeva, Sərkar kənd tam orta məktəbin müəllimi Aynur Qəhrəmanova, Samux şəhər 3 saylı tam orta məktəbin müəllimi Ruhiyyə Hüseynova və İnstitut qəsəbə tam orta məktəbin müəllimi Şəhla Mustafayeva çıxış edərək, bildiriblər ki, Azərbaycan xalqı 200 il ərzində erməni millətçi - şovinistlələrin, davamlı olaraq, etnik təmizləmə soyqırımı siyasətinə məruz qalmışdır. Çıxış edənlər onu da qeyd ediblər ki, ölkə Prezidenti İlham Əliyevin ardıcıl və məqsədyönlü siyasəti sayəsində Xocalı həqiqətləri Azərbaycan xalqının başına gətirilən müsübətlər dünya ictimayyətinin diqqətinə çatdıracaq və bu vəşilik real qiymətini alacaq.

R.NURƏDDİNOĞLU

Digər xəbərlər