Erməni-daşnak millətçiləri və onların havadarları, az qala, iki əsrə yaxındır ki, hər il uydurma "erməni soyqırımı" ilə bağlı yalanlarını dünyaya, bəşəriyyətə sırımağa çalışırlar. ABS-da Amerika yazıçısı Samuel Viimsin "Ermənistan: terrorçu xristian dövlətinin sirləri" kitabı işıq üzü görmüşdür. Uzun illər Londonda, Parisdə, Romada, İstanbulda, Moskvada və Vaşinqtonda aparılan tədqiqatların nəticəsi olan, faktlara və sənədlərə istinadən ərsəyə gələn bu kitab 400 səhifədən ibarətdir. Müəllif kitabda qeyd edir ki, erməni mənşəli amerikalıların 150 yaşlı "qədim" vətənlərini mükafatlandırmaq üçün türklərdən, eləcə də, Amerika xristianlarından böyük məbləğdə pul vəsaiti qoparmaq məqsədilə soyqırımı və qətllərlə bağlı uydurma və yalanlar yaydığını sübut edən faktlar aşkar etmişəm.
Dindar xristian olan S.Viims kitabında yazır ki, 1918-ci ildə kiçik bir ərazidə erməni dövlətinin yarandığı vaxtdan o, qonşuları Gürcüstana, Osmanlı imperiyasına və Azərbaycana qarşı torpaq iddiaları irəli sürməyə başlamışdır. Kitabda, eləcə də, tanınmış tarixçi-alim Oqust Karyerin fikrı verilir. O, ermənilərin yalnız Nuh Pəyğənbərin gəmisinin qalıqlarının Ararat dağında tapıldığına görə guya ermənilər Nuh Pəygəmbərin nəslindən olan Haykın törəmələri, Serqi Anadolunun isə başdan-başa erməni torpaqları olması barədə iddilarını rədd edir. Beləliklə, ermənilərin mənşəyi barədə məlumatlar uydurmalara, daha dəqiq dəsək, ağ yalana əsaslanır.
Amerika alimi kitabında Qarabağ problemi ilə bağlı qeyd edir ki, 1800-cü ildə Qafqaz regionunda çox az sayda erməni tapmaq olardı. Rusiya mənbələrinə istinad edilərsə, Qafqaz bölgəsinin Rusiyaya birləşdirildiyi dövrdə Qarabağda 90 min nəfər yaşayırdı. Orada böyuk səhər və 600 kənd var idi. Onların 150-də ermənilər yaşayırdılar. Ancaq dağlılar zorla köçürüldükdən sonra, ermənilər burada üstünlük təşkil etdilər. 1907-1912-ci illərdə Rusiya çarizmi yarım milyondan çox ermənini İrandan və Osmanlı dovlətındən, əsasən, müsəlman azərbaycanlılarının yaşadığı Qars, İrəvan və Yelizavetpola (Gəncə) köçmələrinə kömək etdi. Başqa sözlə, geosiyasi mənafelər naminə Qafqazda demokratik dəyişikliklər edildi. XX əsrın əvvəllərində Qarabağdan çıxan bircə yol vardı. O da, Bakıya gedirdi. Ermənistana isə heç bir yol yox idi. Təkcə bu fakt çox şeydən xəbər verirdi. Bəlkə, elə buna görə, hətta bolşeviklər də etiraf etmişdilər ki, Qarabağ həmişə Azərbaycan torpağı olmuşdur.
1918-cı il mayın 28-də yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin ilk addımlarından biri İrəvanın, (Yerevan) siyasi mərkəzi olmayan Ermənistan Respublikasına paytaxt verilməsi idi. O zaman yalnız İrəvan və Eçmiədzın (Üç kilsə) rayonlarından ibarət bu "dövlət"də cəmi 400 min əhali yaşayırdı. Zaman göstərir ki, İrəvanın verilməsi gənc Azərbaycan Cümhuriyyətinin bağışlanılmaz səhv idi və onun nəticələri hələ də özünü göstərməkdədir.
Hazırda "soyqırımı" haqqında car çəkən ermənilər de-fakto vətəndaşı olmadıqları - çünki Vətən xainləri ölkə vətəndaşları sayıla bilməzlər,- de-yure vətəndaşı hesab edildikləri Osmanlı imperiyasına qarşı öz qeyri-real və xəyanətkar münasibətləri barədə bir kəlmə də danışmırlar. Halbuki o vaxt Osmanlı imperiyasının özünü müdafiə etmək məqsədilə erməniləri cəbhə xəttindən uzağa köçürməyə qanuni haqqı var idi. Çünki ermənilər açıq şəkildə hərbi əməliyyatlarda rus orduları tərəfində döyüşürdülər. ABŞ da bu hüquqa əsaslanaraq, İkinci Dünya müharibəsi illərində ölkənin yapon mənşəli bütün vətəndaşlarını Qərb sahillərindən köçürmüşdü. Stalin bu hüquqdan istifadə edərək, sovet dövlətinin təhlükəsizliyini qorumaq üçün Volqaboyunda yaşayan almanları Qazaxıstana və Orta Asiyaya köçürmüşdü. Tarixdə belə nümunələr çox olmuşdur. Böyük Britaniyanın 1916-1922-cı illərdə baş naziri işləmiş Devid Lloyd Corcun qeyd etdiyinə görə, 1915-ci ildə Osmanlı imperiyasında baş verən faciəli hadisələrin təqsirkarları Türkiyədə beşinci dəstəni maliyyələşdirən Rusiya, eləcə də, rusları Osmanlı torpaqlarını tərk etməyə məcbur edən Britaniya imperiyasıdı. Həmin dövrdə sayca qat-qat çox türk, azərbaycanlı, yəhudi və Qafqazın digər xalqlarının nümayəndələrini qətlə yetirmiş erməni quldur dəstələrinin əməllərini də nəzərdən qaçırmaq olmaz.
Kiçik dünyanın hər yerinə səpələnmiş ermənilər həm tayfalarından istifadə edərək, uzun illər xristian aləmini islama və müsəlmanlara qarşı qaldırmağa çalışmışdır. Samuel Viimsin fikrincə, müsəlman aləmində Amerikaya "nifrətin" səbəblərindən biri də budur.
"Terrorçu xristian dövlətinin sirləri" sənədli tədqiqat əsərinin üz qabığında oxuculara tövsiyə edilir: "Bu kitabı hər bir xrıstıan və Amərıkada hər bir vergi ödəyicisi oxumalıdir". Biz isə deyə bilərik ki, dünyanın həqiqəti əziz tutan hər bir vətəndaşı bu kitabı oxumalıdır. Erməni millətçiləri tarix boyu xalqımıza qarşı görünməmiş qətllər və vəhşiliklər törətmişlər.
Tarixi Azərbaycan torpağı olan Zəngəzur, Göycə və digər ərazilər sovet rəhbərliyinin əli ilə verildi. Dağlıq Qarabağ erməniləri muxtariyyət qazandı və onların gələcəkdə qanunsuz ərazi iddıaları üçün zəmin hazırlandı. Erməni daşnakları təkcə XX əsrdə dörd dəfə (1905-1906, 1918-1920, 1948-1953, 1988-1991-ci illərdə) azərbaycanlıları indiki ermənilərin məskən saldığı ərazisindən, tarix etnik torpaqlarından qırğınlarla deportasiya etmişlər. "Türksüz " adı altında mübarizəyə qalxan erməni millətçiləri, eləcə də, yaxın və uzaq xaricdə yaşayan havadarları, etnik təmizləmə işini 1991-ci il avqustun 8-də başa çatdırdılar. Meğri rayonunun son məntəqəsı Nüvədidə yaşayan azərbaycanlılar soyqırımına məruz qalaraq, tarixi-etnik torpaqlarından deportasiya olundular. Belə demək olar ki, indi Qərbi Azərbaycanda bir nəfər də olsun azərbaycanlı qalmamışdır.
1988-1991-ci illərdə Sovet İttifaqı dövlətinin başçılarının köməyi sayəsində hökumət Qərbi Azərbaycan əhalisini indiki yurdlarından deportasiya etdi. XX əsrdə 2 milyondan çox azərbaycanlı indiki bu ərazidə soyqırımına və deportasiyaya məruz qaldı.
1935-1991-ci illərdə də Azərbaycan yer adlarına qarşı qərəzli siyasət nəticəsində minlərlə toponimlər xəritədən silinib erməniləşdirildi. Azərbaycanın tərkib hissəsi olan Qarabağın da birləşdirilməsi məqsədilə 1988-ci ildən başlanan separatçılıq hərəkatı, işğalçılıq müharibəsi, etnik təmizləmə Azərbaycana qarşı cinayətkar siyasətin yeıni mərhələsidir. Hazırda Azərbaycan torpaqlarının 20 faizi erməni işğalı altındadır. 1 milyondan çox insan öz yurdundan didərgin salınıb. 18 min azərbaycanlı qətlə yetirilib, 20 mindən çox dinc sakin yaralanıb, 5 mindən çox adam əlil olub, 4 mindən çox insan əsir və itkin düşüb, 877 şəhər və kənd qarət edilib, dağıdılıb.
Erməni birləşmiş dəstələri Rusiyanın Xankəndidəki 366-cı mexanikləşdirilmiş atıcı alayı ilə birlikdə XX əsrın Xatın faciəsini arxada qoyan Xocalı Soyqırımını təşkil etdilər. O vaxtkı respublika rəhbərliyinin cinayətkar əməlləri nəticəsində şəhərin müdafiə işləri pis təşkil olunmuşdu. 80 nəfərlik Xocalı özünümüdafiə taburu heç bir zirehli texnika ilə təchiz olunmamışdı. Onlara əsas briqadanın 11-ci taburu ilə 20 nəfərdən ibarət minaatanlar batolyonu kömək edirdi. 60 nəfərlik milis dəstələrı isə təyyarə meydanını müdafiə edirdi.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni daşnak hərbi birləşmələri və keçmiş SSRİ-yə məxsus 366-cı alay (üç batalyondan ikisi tam tərkibdə, biri isə qismən), eləcə də, xarici dövlətlərdən gətirilmiş muzdur quldur dəstələri Xocalıya hücum etdilər. Şəhərin müdafiəsinə qalxanlar azsaylı və pis silahlanmış olsalar da, qəhrəmanlıqla döyüşmüşdülər. Xüsusi təyınatlı milis dəstəsinin komandiri, milis mayoru Əlif Hacıyev döyüş meydançasında qəhrəmanlıq göstərdi. Onun başçılığı altında olan 22 nəfərlik dəstə erməni daşnak birləşmələrinin hucumlarını üç dəfə uğurla dəf etdi. Döyüşdə qüvvələr bərabər deyildi. Mayor Əlif Hacıyev vəziyyətin mürəkkəb olduğunu görəndə, limanın distpetçer məntəqəsini partladaraq, erməni birləşmiş qüvvələrinin əlinə düşməsinə imkan vermədi. Döyüşlərdə qorxmaz komandir ağır yaralandı və qəhrəmancasına həlak oldu. Ölümündən sonra Əlif Hacıyevə Azərbaycanın Milli Qəhrəmanı adı verildi. Düşmən tankları zirehli maşınlarının artelleriya hazırlığından sonra Mehikənd, Daşbulaq isdıqamətində Xocalıya daxil oldu və şəhər içərsində döyüşlər başladı. 366-cı alayın mayoru Ohanyanın komandası altında ikinci, mayor Nobadxının komandası altında üçüncü motoatıcı taburları, eləcə də, topçu diviziyası, öz qəddarlığı və vəhşiliyi ilə fərqlənirdi.
Tofiq Hüseynovun başçılıq etdiyi ərazi-özünümüdafiə taburunun döyüşçüləri çox qüvvətli, yırtıcı düşmənlə qəhrəmancasına və ləyaqətlə döyüşürdülər. Tofiq son nəfəsinədək vuruşdu, düşmən əsgərlərini azdırıb, çoxlu insanın mühasirədən çıxmasına imkan yaratdı. Son anda özü mühasirəyə düşdu. O, düşmənə təslim olmayaraq, son gülləsini özünə vurdu. Ölümündən sonra Tofiq Hüseynova Azərbaycanın Milli Qəhrəmanı adı verildi. Ağdam-Əsgəran istiqamətində yığılmış hissələr arasında əlaqə və ümumi rəhbərlik olmaması üzündən onlar erməni işğalçılarına qarşı hucum qura bilmədilər.
Erməni vandalları Xocalı şəhərində soyqırımı törətdilər. Şəhərə od vurub yandırdılar. Sağ qalanların bir hissəsi, əsasən, qadınlar, qocalar və uşaqlar şəhərin Qərb istiqamətində iki yolla Ağdama tərəf qaçmağa başladılar. Qarlı-şaxtalı gündə ayaqyalın meşədə qalan qaçqınların çoxunu şaxta vurdu, yaralıların bir hissəsi öldü. Səhərisi gün sağ qalanların bir hissəsi Xocalıdan 6-7 kilometr aralı Qaraqaya adlanan yerdə meşədən çıxarkən, pusquda dayanmış erməni faşist dəstələri tərəfindən gülləbaran edildilər. Xilas olaraq, Abdal-Gülablı kəndinə getməyə səy göstərənlər düşmən mühasirəsinə düşüb, atəşə tutuldular. Erməni daşnakları yaralılara aman vermir, meyitləri eybəcər hala salır, qadın və qızları təhqir edirdilər.
Xocalı şəhərinin əhalisi 13 min nəfər idi. Xocalıda erməni vandalları azərbaycanlılara qarşı növbəti soyqırımı törətdilər. 613 nəfər, o cümlədən, 106 qadın, 63 azyaslı uşaq, 70 qoca öldürüldü. Min nəfər dinc sakin müxtəlif dərəcəli güllə yarası alaraq şikəst oldu. 1275 nəfər girov götürüldü. 56 nəfər xüsusi amansızlıqla - diri-diri yandırıldı, başlarının dərisi soyuldu, gözləri çıxarıldı, başları kəsildi, hamilə qadınların qarnı 1918-ci ildə, mart soyqırımı zaman olduğu kimi, süngü ilə dəlik-deşik edildi. Bu faciədə təkcə erməni faşistləri və rus millətçiləri deyil, həm də uzun müddət düşmən əhatəsində qalan şəhərə lazımi kömək etməmiş, əhalini təhlükəsiz yerlərə köçürmək üçün tədbirlər görməmiş Azərbaycan rəhbərliyi, eləcə də, hakimiyyət uğrunda mübarizədə Qarabağ problemindən istifadə edib siyasi kapital toplamaqla vəziyyətin gərginləşməsinə çalışan siyasətbazlar təqsirkar idilər.
Nüfuzlu bəynəlxalq qurumların, dünya birliyi ölkələrinin ikili standartlardan yanaşmalarının nəticəsədir ki, bu dəhşətli soyqırım -Xocalı Soyqırımı ilə əlaqədər heç kəs məsuliyyətə cəlb edilməmiş, cinayətkarlar hələ də cəzasız qalmışlar.
FİRUDİN CÜMŞÜDLÜ,
tarix elmləri namizədi, ADPU-nun dosenti