PDF Oxu

Sosial

  • 1 261

Tarixin qanlı səhifəsi - Xocalı Soyqırımı

Tarixin qanlı səhifəsi - Xocalı Soyqırımı

Dünən Suraxanı rayonu Heydər Əliyev Mərkəzinin, Suraxanı rayon icra hakimiyyətinin və YAP Suraxanı rayon təşkilatının birgə təşkilatçılığı ilə Xocalı Soyqırımının 25-ci ildönümünə həsr olunmuş ümumrayon tədbiri keçirildi.

Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Sonra Xocalı Soyqırımının, o cümlədən, torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı İlqar Abbasov qeyd etdi ki, tarixinin müxtəlif dönəmlərində ermənilər tərəfindən soyqırımına məruz qalan Azərbaycan xalqı növbəti belə faciə ilə 1992-ci ilin qarlı qışında Xocalıda üzləşdi. Xocalı Soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olmuşdur: "Erməni separatçılarının Azərbaycan xalqının məhv edilməsinə yönəldilmiş soyqırımı və işğalçılıq siyasətinin davamı olan Xocalı faciəsinə qiymət vermək yalnız Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 1993-cü ildə xalqın tələbi ilə yenidən hakimiyyətə qayıdışından sonra mümkün oldu. İlk növbədə, Xocalı Soyqırımı ermənilərin Azərbaycan xalqına qarşı həyata keçirdiyi soyqırımı aktı kimi təsbit olundu, bu faciənin dünyaya tanıdılması istiqamətində xeyli iş görüldü". Azərbaycan Prezidenti İlham Əliyevin Xocalı Soyqırımının dünya ictimaiyyətinə çatdırılması üçün davamlı və ardıcıl fəaliyyətin vacibliyini dəfələrlə vurğuladığını bildirən İ.Abbasov Xocalı həqiqətlərinin dünyaya çatdırılması, bu həqiqətlərin beynəlxalq aləmdə yayılması, qətliama obyektiv qiymət verilməsi istiqamətində atılan addımlarda Heydər Əliyev Fondunun da müstəsna rolu olduğunu bildirdi.

Tədbirdə "Xocalı Soyqırımı Tanıtma" İctimai Birliyinin sədri Şamil Sabir oğlu, YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, milli qəhrəman Füzuli Rüstəmovun bacısı Fiqurə Rüstəmova, 290 №-li tam orta məktəbin hərbi hazırlıq müəllimi, "Xocalı Soyqırımını Tanıtma" İctimai Birliyinin üzvü Muxtar Həşimov, "Asan Radio"nun əməkdaşı Vəfa Səfərova, Suraxanı rayonunda məskunlaşmış Xocalı şəhər sakini, soyqırımı nəticəsində yaxınlarını itirmiş Qədim Abbasov çıxış etdilər.

Sonda 290 nömrəli tam orta məktəbin şagirdlərinin ifasında Xocalı Soyqırımına həsr olunmuş ədəbi-bədii kompozisiya göstərildi.

ZÜMRÜD

Digər xəbərlər