Dünən Bakı Şəhər İcra Hakimiyyəi başçısı Aparatının Kino Xidməti İdarəsi Memarlıq və İnşaat Universitetində Xocalı faciəsinin 25-ci ildönümünə həsr olunmuş tədbir keçirdi.
Xocalı faciəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildi və dövlət himni səsləndi.
Universitetin müəllim və tələbələrinin iştirak ediyi tədbirdə universitetin professor – müəllim və tələbə heyəti iştirak etdi. Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru memarlıq doktoru, professor, Gülçöhrə Məmmədova , professor , tarix elmləri namizədi Həvva Məmmədova və nəqliyyat fakultəsinin magistrantı Əmrah Vahabzadə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərində ermənilərin törətdikləri dəhşətli hadisələrin Azərbaycanın tarixinə qanlı hərflərlə yazıldığını söylədilər. Bu faciənin təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa qarşı törədilmiş ağır cinayət olduğunu və ermənilər tərəfindən bir gecədə çoxlu sayda günahsız insanların amansızlıqla qətlə yetirildiyini bildirdilər.
Qeyd olundu ki, Xocalı haqqında həqiqətin dünyaya çatdırılması, bu faciənin xalqımıza qarşı soyqırımı aktı kimi tanınması üçün Azərbaycan dövləti bütün zəruri addımlar atır.
Kino Xidməti İdarəsinin rəisi Gültəkin Nəriman Xocalıda baş verən kütləvi qırğında dinc əhalinin xüsusi qəddarlıqla qətlə yetirilməsi, əsir götürülən insanların isə dəhşətli işgəncələrə, zülm və təhqirlərə məruz qaldıqlarını bildirdi. Qeyd etdi ki, Xocalı faciəsinin törədilməsindən 25 il keçməsinə baxmayaraq, faciə dəhşətləri hələ də unudulmayıb. Qanlı hadisələr zamanı şəhidlik zirvəsinə ucalanların xatirəsini yaşatmaq, onları gənc nəslə örnək göstərmək hər kəsin vətəndaşlıq borcudur.
Tədbirdə "Savalan" qrupunun rəhbəri müğənni və aktyor Novruz Novruzlu Xocalı faciəsi ilə bağlı çıxış etdi.
Sonda Xocalı faciəsinə həsr olunmuş ssenari müəllifi və rejissor Gültəkin Nərimanın "92-ci ilin qarı" adlı sənədli film nümayiş olundu.
ZÜMRÜD